Talaq (boşanma) kitabı

Qadın kölənin seçim ixtiyarı

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ هِشَامٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ فِي بَرِيرَةَ ثَلاَثُ قَضِيَّاتٍ ، أَرَادَ أَهْلُهَا أَنْ يَبِيعُوهَا وَيَشْتَرِطُوا الْوَلاَءَ ، فَذَكَرْتُ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : اشْتَرِيهَا وَأَعْتِقِيهَا ، فَإِنَّمَا الْوَلاَءُ لِمَنْ أَعْتَقَ ، وَأُعْتِقَتْ فَخَيَّرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاخْتَارَتْ نَفْسَهَا ، وَكَانَ يُتَصَدَّقُ عَلَيْهَا فَتُهْدِي لَنَا مِنْهُ ، فَذَكَرْتُ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : كُلُوهُ ، فَإِنَّهُ عَلَيْهَا صَدَقَةٌ ، وَهُوَ لَنَا هَدِيَّةٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bərira adlı qadının əhvalatında üç hökm var. Onun əvvəlki yiyələri onu satmaq istədikdə vəlilik haqqının onlarda olması şərtini qoydular. Bu məsələ Allah Elçisinə ﷺ xəbər verildikdə Allah Elçisi Aişəyə buyurdu: “Onu al və azad et! Vəlilik haqqı onu azad edənə aiddir”; Bərira köləlikdən azad edildikdə Allah Elçisi ﷺ onu əri ilə qalıb-qalmayacağı məsələsində sərbəst buraxdı. O da tək qalmağı seçdi. Bəriraya bəzi şeylər sədəqə edildikdə onlardan bir qismini bizə hədiyyə edərdi. Bunu Allah Elçisinə ﷺ xəbər verdikdə o buyurdu: “Onun verdikdlərini yeyin, çünki bu, Bəriraya sədəqədir, bizə isə Bəriranın verdiyi hədiyyəsidir”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3448 (Talaq, 60)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı