Əri azad insan olan, özü də azad edilən qadının seçim ixtiyarına malik olması
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : اشْتَرَيْتُ بَرِيرَةَ فَاشْتَرَطَ أَهْلُهَا وَلاَءَهَا ، فَذَكَرْتُ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَعْتِقِيهَا ، فَإِنَّمَا الْوَلاَءُ لِمَنْ أَعْطَى الْوَرِقَ قَالَتْ : فَأَعْتَقْتُهَا ، فَدَعَاهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَخَيَّرَهَا مِنْ زَوْجِهَا ، قَالَتْ : لَوْ أَعْطَانِي كَذَا وَكَذَا مَا أَقَمْتُ عِنْدَهُ ، فَاخْتَارَتْ نَفْسَهَا ، وَكَانَ زَوْجُهَا حُرًّا.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Bərira adlı kölə qadını aldıqda onun əvvəlki yiyələri vəlilik haqqının onlarda qalacağını şərt qoydular. Mən bunu Allah Elçisinə ﷺ dedikdə o buyurdu: “Onu azad et! Çünki vəlilik haqqı onu pul verərək azad edənə aiddir”. Mən də onu azad etdim. Sonra Allah Elçisi ﷺ onu çağırdı və əri ilə qalıb-qalmayacağı məsələsində sərbəst buraxdı. Bu vaxt Bərira: “Mənə bunu və bunu versə də, onunla birlikdə qalmaram”, - dedi və tək qalmağı seçdi. Onun əri azad insan idi”.”
İstinad
Nəsəi, 3449 (Talaq, 61)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı