Talaq (boşanma) kitabı

Əri azad insan olan, özü də azad edilən qadının seçim ixtiyarına malik olması

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ : أَنَّهَا أَرَادَتْ أَنْ تَشْتَرِيَ بَرِيرَةَ فَاشْتَرَطُوا وَلاَءَهَا ، فَذَكَرَتْ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : اشْتَرِيهَا وَأَعْتِقِيهَا ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ ، وَأُتِيَ بِلَحْمٍ ، فَقِيلَ : إِنَّ هَذَا مِمَّا تُصُدِّقَ بِهِ عَلَى بَرِيرَةَ ، فَقَالَ : هُوَ لَهَا صَدَقَةٌ وَلَنَا هَدِيَّةٌ ، وَخَيَّرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَكَانَ زَوْجُهَا حُرًّا.

“Rəvayət edilir ki, Aişə ﵂ Bərira adlı kölə qadını almaq istədikdə onun yiyələri: “Onun vəlilik haqqı bizə aid olacaq”- deyərək belə bir şərt qoydular. O bunu Peyğəmbərə ﷺ dedikdə o buyurdu: “Onu al və azad et! Çünki vəlilik haqqı onu azad edənə aiddir”. Sonra Peyğəmbərə ət gətirildi və: “Bu ət Bəriraya sədəqə verilən ətdəndir”, - deyildi. Peyğəmbər ﷺ buyurdu: “O ət Bəriraya sədəqə, bizə isə Bəriranın hədiyyəsidir”. Sonra Allah Elçisi ﷺ Bəriraya azad insan olan əri ilə qalıb-qalmayacağı məsələsində seçim ixtiyarı verdi. Onun əri azad insan idi”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3450 (Talaq, 62)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı