Əri kölə olan, özü də azad edilən qadının seçim ixtiyarına malik olması
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَاتَبَتْ بَرِيرَةُ عَلَى نَفْسِهَا بِتِسْعِ أَوَاقٍ ، فِي كُلِّ سَنَةٍ بِأُوقِيَّةٍ ، فَأَتَتْ عَائِشَةَ تَسْتَعِينُهَا ، فَقَالَتْ : لاَ ، إِلاَّ أَنْ يَشَاؤُوا أَنْ أَعُدَّهَا لَهُمْ عَدَّةً وَاحِدَةً وَيَكُونُ الْوَلاَءُ لِي ، فَذَهَبَتْ بَرِيرَةُ فَكَلَّمَتْ فِي ذَلِكَ أَهْلَهَا فَأَبَوْا عَلَيْهَا ، إِلاَّ أَنْ يَكُونَ الْوَلاَءُ لَهُمْ ، فَجَاءَتْ إِلَى عَائِشَةَ وَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عِنْدَ ذَلِكَ ، فَقَالَتْ لَهَا مَا قَالَ أَهْلُهَا ، فَقَالَتْ : لاَ هَا اللهِ إِذًا إِلاَّ أَنْ يَكُونَ الْوَلاَءُ لِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا هَذَا ؟ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ بَرِيرَةَ أَتَتْنِي تَسْتَعِينُ بِي عَلَى كِتَابَتِهَا ، فَقُلْتُ : لاَ ، إِلاَّ أَنْ يَشَاؤُوا أَنْ أَعُدَّهَا لَهُمْ عَدَّةً وَاحِدَةً وَيَكُونُ الْوَلاَءُ لِي ، فَذَكَرَتْ ذَلِكَ لأَهْلِهَا فَأَبَوْا عَلَيْهَا ، إِلاَّ أَنْ يَكُونَ الْوَلاَءُ لَهُمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : ابْتَاعِيهَا وَاشْتَرِطِي لَهُمُ الْوَلاَءَ ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ ، ثُمَّ قَامَ فَخَطَبَ النَّاسَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : مَا بَالُ أَقْوَامٍ يَشْتَرِطُونَ شُرُوطًا لَيْسَتْ فِي كِتَابِ اللهِ عَزَّ وَجَلَّ يَقُولُونَ : أَعْتِقْ فُلاَنًا وَالْوَلاَءُ لِي . كِتَابُ اللهِ عَزَّ وَجَلَّ أَحَقُّ ، وَشَرْطُ اللهِ أَوْثَقُ ، وَكُلُّ شَرْطٍ لَيْسَ فِي كِتَابِ اللهِ فَهُوَ بَاطِلٌ وَإِنْ كَانَ مِئَةَ شَرْطٍ فَخَيَّرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مِنْ زَوْجِهَا وَكَانَ عَبْدًا فَاخْتَارَتْ نَفْسَهَا. قَالَ عُرْوَةُ : فَلَوْ كَانَ حُرًّا ، مَا خَيَّرَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bərira köləlikdən azad olmaq üçün hər il bir uqiyə olmaqla doqquz uqiyyə vermək şərti ilə müqavilə bağlamışdı. Sonra Aişənin yanına gələrək ondan kömək etməsini istədi. Aişə dedi: “Xeyr, amma əgər vəlilik haqqı mənim olmaq şərti ilə razıdırlarsa, bunu birdəfəyə ödəyə bilərəm”. Bərira gedib yiyələri ilə bu məsələni danışdı. Onlar isə vəlilik haqlarının onlara aid olması şərti ilə buna razı olduqlarını bildirdilər. Bərira yenidən Aişənin yanına gəldi. Bu əsnada Allah Elçisi ﷺ də orada idi. Bərira ona deyilənləri olduğu kimi xəbər verdikdə Aişə dedi: “Xeyr, vəlilik haqqı mənim olmaq şərti ilə buna razı olaram”. Allah Elçisi ﷺ buyurdu: “Nə olub?” Aişə dedi: “Ey Allahın Elçisi, Bərira mənim yanıma gəlib etdiyi razılaşmanı ödəyə bilmək üçün məndən kömək istədi. Mən də dedim: “Xeyr, amma əgər vəlilik haqqı mənim olmaq şərti ilə razıdılarsa, bunu birdəfəyə ödəyə bilərəm”. Bərira ağalarına bunu bildirdikdə onlar vəlilik haqqının onlarda qalması ilə buna razı olduqlarını bildirdilər”. Allah Elçisi ﷺ buyurdu: “Onu al və vəlilik şərtinin sənin olduğunu şərt qoy, çünki vəlilik haqqı onu azad edənə aiddir”. Sonra ayağa durub insanlara xütbə deyərək Allaha həmd-səna edib buyurdu: “Bəzilərinə nə olur ki, Allahın ﷿ Kitabında olmayan şərtlər qoyub deyirlər: “Filankəsi sən azad et, amma vəlilik haqqı mənim olsun”. Allahın ﷿ Kitabı ən doğru olandır. Allahın şərtləri də ən etimad edilənidir. Allahın Kitabında olmayan bütün şərtlər yüz şərt olsa belə, batildir”. Allah Elçisi ﷺ Bəriranı ərindən ayrılıb-ayrılmaması məsələsində seçim etmək üçün sərbəst buraxdı. Onun əri kölə idi. Bərira isə tək qalmağı seçdi”. Ravi Urvə deyir: “Əgər Bəriranın əri kölə olmasaydı, Allah Elçisi ﷺ onu bu məsələdə sərbəst buraxmazdı”.”
İstinad
Nəsəi, 3451 (Talaq, 63)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı