Əri kölə olan, özü də azad edilən qadının seçim ixtiyarına malik olması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ الْكَرْمَانِيُّ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ - عَنْ عَائِشَةَ ، قَالَ : وَكَانَ وَصِيَّ أَبِيهِ قَالَ : وَفَرِقْتُ أَنْ أَقُولَ سَمِعْتُهُ مِنْ أَبِيكَ ، قَالَتْ عَائِشَةُ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ بَرِيرَةَ وَأَرَدْتُ أَنْ أَشْتَرِيَهَا وَاشْتُرِطَ الْوَلاَءُ لأَهْلِهَا ، فَقَالَ : اشْتَرِيهَا ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ قَالَ : وَخُيِّرَتْ وَكَانَ زَوْجُهَا عَبْدًا ، ثُمَّ قَالَ بَعْدَ ذَلِكَ : مَا أَدْرِي ، وَأُتِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِلَحْمٍ ، فَقَالُوا : هَذَا مِمَّا تُصُدِّقَ بِهِ عَلَى بَرِيرَةَ ، قَالَ : هُوَ لَهَا صَدَقَةٌ وَلَنَا هَدِيَّةٌ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisindən Bərira adlı kölə qadını almağımı, lakin ağalarının vəlilik haqqının özlərinin olmasını şərt qoymaları haqda soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Onu al, çünki vəlilik haqqı köləni alıb azad edənə aiddir”. Ravi deyir: “Bəriranın əri kölə olduğuna görə Allah Elçisi ﷺ onu əri ilə qalıb-qalmamaqda sərbəst buraxdı. Amma hədisin sonra gələn hissəsini xatırlamıram. Allah Elçisinə ﷺ ət gətirilmişdi. Oradakılar isə: “Bu ət Bəriraya gətirilən sədəqələrdəndir”, - dedilər. Allah Elçisi ﷺ buyurdu: “O ət Bəriraya sədəqə, bizə isə Bəriranın verdiyi hədiyyədir”.”
İstinad
Nəsəi, 3454 (Talaq, 66)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı