Talaq (boşanma) kitabı

əl-İyla

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو يَعْفُورٍ ، عَنْ أَبِي الضُّحَى ، قَالَ : - تَذَاكَرْنَا الشَّهْرَ عِنْدَهُ ، فَقَالَ بَعْضُنَا : ثَلاَثِينَ ، وَقَالَ بَعْضُنَا : تِسْعًا وَعِشْرِينَ - فَقَالَ أَبُو الضُّحَى : حَدَّثَنَا ابْنُ عَبَّاسٍ ، قَالَ : أَصْبَحْنَا يَوْمًا وَنِسَاءُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَبْكِينَ عِنْدَ كُلِّ امْرَأَةٍ مِنْهُنَّ أَهْلُهَا ، فَدَخَلْتُ الْمَسْجِدَ فَإِذَا هُوَ مَلآنٌ مِنَ النَّاسِ ، قَالَ : فَجَاءَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ فَصَعِدَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهُوَ فِي عُلِّيَّةٍ لَهُ ، فَسَلَّمَ عَلَيْهِ فَلَمْ يُجِبْهُ أَحَدٌ ، ثُمَّ سَلَّمَ فَلَمْ يُجِبْهُ أَحَدٌ ، ثُمَّ سَلَّمَ فَلَمْ يُجِبْهُ أَحَدٌ ، فَرَجَعَ ، فَنَادَى بِلاَلاً ، فَدَخَلَ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَطَلَّقْتَ نِسَاءَكَ ؟ فَقَالَ : لاَ ، وَلَكِنِّي آلَيْتُ مِنْهُنَّ شَهْرًا فَمَكَثَ تِسْعًا وَعِشْرِينَ ، ثُمَّ نَزَلَ فَدَخَلَ عَلَى نِسَائِهِ.

“Rəvayət edilir ki, Əbud-Duha ﵀ demişdir: “Biz bir ayın neçə gün olduğunu müzakirə edirdik. Bir qismimiz otuz gün, digər qismimiz iyirmi doqquz gün olduğunu deyirdik. Əbud-Duha dedi: “İbn Abbas bizə demişdir: “Biz, Peyğəmbərin ﷺ zövcələri və onların ailə üzləri onların yanında olduğu halda ağlayaraq səhərə çıxmışdıq. Mən həmin an məscidə gəldim və gördüm ki, məscid doludur. Bu vaxt Ömər ibn əl-Xattab ﵁ gəlib çıxdı və Peyğəmbərin ﷺ hüzuruna gəldi. Peyğəmbər ﷺ həmin vaxt özünə aid hündürdə yerləşən bir otaqda idi. Ömər salam verdi, lakin heç kim cavab vermədi. Sonra yenidən salam verdi, lakin yenə cavab verən olmadı. Sonra bir daha salam verdi, lakin yenə cavab verən olmadı. Sonra geri qayıdıb Bilalı çağırdı və Peyğəmbərin ﷺ hüzuruna girdi və dedi: “Sən zövcələrini boşamısanmı?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, onlara bir ay boyunca yaxınlaşmayacağıma and içdim”. Peyğəmbər ﷺ iyirmi doqquz gün gözlədi, sonra olduğu yerdən aşağı düşərək zövcələrinin yanına getdi”.”

Əbud-Duha
Səhih

İstinad

Nəsəi, 3455 (Talaq, 67)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı