əl-İyla
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ ، قَالَ : آلَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِنْ نِسَائِهِ شَهْرًا فِي مَشْرُبَةٍ لَهُ ، فَمَكَثَ تِسْعًا وَعِشْرِينَ لَيْلَةً ثُمَّ نَزَلَ ، فَقِيلَ : يَا رَسُولَ اللهِ ، أَلَيْسَ آلَيْتَ عَلَى شَهْرٍ ؟ قَالَ : الشَّهْرُ تِسْعٌ وَعِشْرُونَ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ özünə aid bir otaqda gözləyərək zövcələrinə yaxınlaşmayacağına dair and içmişdi. O, iyirmi doqquz gün gözləyəndən sonra olduğu yerdən düşüb zövcələrinin yanına getdi. Ona deyildi: “Ey Allahın Elçisi, sən “bir ay” deyərək and içməmişdin?” Peyğəmbər ﷺ buyurdu: “Bir ay iyirmi doqquz gündür”.”
İstinad
Nəsəi, 3456 (Talaq, 68)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı