Zihar
أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ مَعْمَرٍ ، عَنِ الْحَكَمِ بْنِ أَبَانَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدْ ظَاهَرَ مِنَ امْرَأَتِهِ فَوَقَعَ عَلَيْهَا ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي ظَاهَرْتُ مِنَ امْرَأَتِي فَوَقَعْتُ قَبْلَ أَنْ أُكَفِّرَ ، قَالَ : وَمَا حَمَلَكَ عَلَى ذَلِكَ يَرْحَمُكَ اللَّهُ ؟ قَالَ : رَأَيْتُ خَلْخَالَهَا فِي ضَوْءِ الْقَمَرِ ، فَقَالَ : لاَ تَقْرَبْهَا حَتَّى تَفْعَلَ مَا أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərin ﷺ yanına zövcəsinə zihar edən və kəffarə ödəmədən zövcəsi ilə cinsi yaxınlıq edən bir adam gəldi və dedi: “Ey Allahın Elçisi, mən zövcəmə zihar etdim və kəffarə ödəmədən onunla cinsi yaxınlıq etdim”. Peyğəmbər ﷺ buyurdu: “Sən nəyə görə belə etmisən? Allah sənə rəhm etsin!” Həmin adam dedi: “Ay işığında zövcəmin ayağına taxdığı bilərziyi gördüm (və özümü saxlaya bilmədim)”. Peyğəmbər ﷺ buyurdu: “Allahın ﷿ əmrini yerinə yetirmədən ona yaxınlaşma!””
İstinad
Nəsəi, 3457 (Talaq, 69)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı