Talaq (boşanma) kitabı

Zihar

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الْحَكَمِ بْنِ أَبَانَ ، عَنْ عِكْرِمَةَ ، قَالَ : تَظَاهَرَ رَجُلٌ مِنَ امْرَأَتِهِ فَأَصَابَهَا قَبْلَ أَنْ يُكَفِّرَ ، فَذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا حَمَلَكَ عَلَى ذَلِكَ ؟ قَالَ : رَحِمَك اللَّهُ يَا رَسُولَ اللهِ ، رَأَيْتُ خَلْخَالَهَا أَوْ سَاقَيْهَا فِي ضَوْءِ الْقَمَرِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَاعْتَزِلْهَا حَتَّى تَفْعَلَ مَا أَمَرَكَ اللَّهُ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, İkrimə ﵁ demişdir: “Bir kişi zövcəsinə zihar etmiş və kəffarə ödəmədən zövcəsi ilə cinsi yaxınlıq etmişdir. Bu məsələ Peyğəmbərə ﷺ deyildi. Peyğəmbər ﷺ buyurdu: “Sən nəyə görə belə etmisən?” Həmin adam dedi: “Allah sənə rəhm etsin, ey Allahın Elçisi! Ay işığında zövcəmin ayağına taxdığı bilərziyi gördüm (və özümü saxlaya bilmədim)”. Allah Elçisi ﷺ buyurdu: “Allahın ﷿ əmrini yerinə yetirmədən ona yaxınlaşma!””

İkrimə
Həsən

İstinad

Nəsəi, 3458 (Talaq, 70)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı