Talaq (boşanma) kitabı

Lənətləşənlərin bir-birindən ayrılması

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ عَزْرَةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، قَالَ : لَمْ يُفَرِّقِ الْمُصْعَبُ بَيْنَ الْمُتَلاَعِنَيْنِ . قَالَ سَعِيدٌ فَذَكَرْتُ ذَلِكَ لاِبْنِ عُمَرَ ، فَقَالَ : فَرَّقَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَ أَخَوَيْ بَنِي الْعَجْلاَنِ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Musab lənətləşən ər-arvadı bir-birindən ayırmadı. Bu vəziyyəti İbn Ömərə dedikdə belə dedi: “Allah Elçisi ﷺ Bəni əl-Aclan tayfasından olan ər-arvadı bir-birindən ayırmışdı”.”

Səid ibn Cubeyr
Səhih

İstinad

Nəsəi, 3474 (Talaq, 86)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı