Lənətləşmədən sonra lənətləşənlərin tövbəyə çağırılması
أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ أَيُّوبَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ : رَجُلٌ قَذَفَ امْرَأَتَهُ ، قَالَ : فَرَّقَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَ أَخَوَيْ بَنِي الْعَجْلاَنِ ، وَقَالَ : اللَّهُ يَعْلَمُ إِنَّ أَحَدَكُمَا كَاذِبٌ ، فَهَلْ مِنْكُمَا تَائِبٌ ؟ قَالَ لَهُمَا ثَلاَثًا فَأَبَيَا ، فَفَرَّقَ بَيْنَهُمَا قَالَ أَيُّوبُ : وَقَالَ عَمْرُو بْنُ دِينَارٍ : إِنَّ فِي هَذَا الْحَدِيثِ شَيْئًا لاَ أَرَاكَ تُحَدِّثُ بِهِ ؟ قَالَ : قَالَ الرَّجُلُ : مَالِي ؟ قَالَ : لاَ مَالَ لَكَ إِنْ كُنْتَ صَادِقًا فَقَدْ دَخَلْتَ بِهَا ، وَإِنْ كُنْتَ كَاذِبًا فَهِيَ أَبْعَدُ مِنْكَ.
“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərdən zövcəsini zinada ittiham edən kişi haqqında soruşdum. O dedi: “Allah Elçisi ﷺ Bəni əl-Aclan tayfasında bir cütlüyü ayırıb sonra belə buyurmuşdu: “Allah ikinizdən birinin yalançı olduğunu bilir. Tövbə etmək istəyən varmı?” O bunu üç dəfə təkrarladı. Hər ikisi iddialarında qaldılar. Allah Elçisi ﷺ də onları ayırdı”. Ravi Amr ibn Dinar deyir: “Bu hadisədə bir şey olmuşdu ki, mən onu sizə danışmaq istəmirəm. Lənətləşən kişi demişdi: “Bəs mallarım necə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Sənə mal çatmayacaq. Əgər doğru deyirsənsə, (mehr olaraq) verdiyin o malın əvəzində o qadınla yaxınlıq etmisən. Əgər yalan danışırsansa, o qadın səndən uzaqdır”.”
İstinad
Nəsəi, 3475 (Talaq, 87)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı