Talaq (boşanma) kitabı

Lənətləşənlərin arasında olan mehr

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ ، يَقُولُ : سَأَلْتُ ابْنَ عُمَرَ ، عَنِ الْمُتَلاَعِنَيْنِ ، فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِلْمُتَلاَعِنَيْنِ : حِسَابُكُمَا عَلَى اللهِ ، أَحَدُكُمَا كَاذِبٌ ، وَلاَ سَبِيلَ لَكَ عَلَيْهَا قَالَ : يَا رَسُولَ اللهِ ، مَالِي ؟ قَالَ : لاَ مَالَ لَكَ إِنْ كُنْتَ صَدَقْتَ عَلَيْهَا فَهُوَ بِمَا اسْتَحْلَلْتَ مِنْ فَرْجِهَا ، وَإِنْ كُنْتَ كَذَبْتَ عَلَيْهَا فَذَاكَ أَبْعَدُ لَكَ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərdən lənətləşən ər-arvad haqqında soruşdum. O dedi: “Allah Elçisi ﷺ lənətləşən ər-arvada dedi: “Sizin hər ikinizin haqq-hesabı Allaha aiddir. Biriniz yalan danışır. Sənin isə kişi olaraq qadın üzərində haqqın yoxdur”. Kişi dedi: “Ey Allahın Elçisi, bəs (mənim mehr olaraq verdiyim) malım necə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Sənə mal çatmayacaq. Əgər doğru deyirsənsə, qadına (mehr olaraq) verdiyin malın onunla cinsi yaxınlığa görə verdiyin maldır. Əgər zina ittihamında yalan deyirsənsə, o mal səndən çox uzaqdır”.”

Səid ibn Cubeyr
Səhih

İstinad

Nəsəi, 3476 (Talaq, 88)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı