Talaq (boşanma) kitabı

Uşağın kimə aid edilməsi haqda püşkün atılması və əş-Şabinin Zeyd ibn Ərqamın hədisi haqda ixtilafı

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا الثَّوْرِيُّ ، عَنْ صَالِحٍ الْهَمْدَانِيِّ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَبْدِ خَيْرٍ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ ، قَالَ : أُتِيَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ بِثَلاَثَةٍ وَهُوَ بِالْيَمَنِ وَقَعُوا عَلَى امْرَأَةٍ فِي طُهْرٍ وَاحِدٍ ، فَسَأَلَ اثْنَيْنِ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، ثُمَّ سَأَلَ اثْنَيْنِ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، فَأَقْرَعَ بَيْنَهُمْ فَأَلْحَقَ الْوَلَدَ بِالَّذِي صَارَتْ عَلَيْهِ الْقُرْعَةُ ، وَجَعَلَ عَلَيْهِ ثُلُثَيِ الدِّيَةِ ، فَذُكِرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Əli ﵁ Yəməndə olanda yanına üç nəfər gəldi. Onlar bir qadının iki heyzi arasında olan müddətdə onunla cinsi yaxınlıq etmişdilər, ona görə doğulan uşağın kimə məxsus olduğu haqda ixtilaf etmişdilər. Əli iki nəfərə dedi: “Uşağın bu üçüncü kimsəyə aid olmasını qəbul edirsinizmi?” Onlar: “Xeyr”, - dedilər. Əli digər iki nəfərə dedi: “Uşağın bu üçüncü kimsəyə aid olmasını qəbul edirsinizmi?” Onlar: “Xeyr”, - dedilər. Əli də onların arasında püşk atdı və uşağı püşkü udana verdi, sonra da qadının qanbahasının üçdə ikisini ona yüklədi. Bu hadisə Peyğəmbərə ﷺ çatdıqda azı dişləri görünənə qədər güldü”.”

Zeyd ibn Ərqam
Səhih

İstinad

Nəsəi, 3488 (Talaq, 100)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı