Uşağın kimə aid edilməsi haqda püşkün atılması və əş-Şabinin Zeyd ibn Ərqamın hədisi haqda ixtilafı
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَجْلَحِ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ أَبِي الْخَلِيلِ الْحَضْرَمِيُّ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ ، قَالَ : بَيْنَا نَحْنُ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِذْ جَاءَهُ رَجُلٌ مِنَ الْيَمَنِ ، فَجَعَلَ يُخْبِرُهُ وَيُحَدِّثُهُ وَعَلِيٌّ بِهَا ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَتَى عَلِيًّا ثَلاَثَةُ نَفَرٍ يَخْتَصِمُونَ فِي وَلَدٍ ، وَقَعُوا عَلَى امْرَأَةٍ فِي طُهْرٍ ، وَسَاقَ الْحَدِيثَ.
“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Bir dəfə Allah Elçisinin ﷺ yanına Yəməndən bir kişi gəldikdə biz Allah Elçisinin ﷺ yanında idik. Əli o vaxt Yəməndə idi. Bu kişi xəbər verdi ki: “Ey Allahın Elçisi, Əlinin yanına üç nəfər gəlmişdi və onlar bir uşağa görə ixtilaf etmişdilər. Onlar üçü də bir qadınla (qadın iki heyz arasında təmiz olduqda onunla) yaxınlıq etmişdilər...” və yuxarıdakı hədisi rəvayət etdi.”
İstinad
Nəsəi, 3489 (Talaq, 101)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı