Əri vəfat etmiş qadının iddə müddəti bitənə qədər öz evində qalması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ شُعْبَةَ ، وَابْنُ جُرَيْجٍ ، وَيَحْيَى بْنُ سَعِيدٍ ، وَمُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنْ سَعْدِ بْنِ إِسْحَاقَ ، عَنْ زَيْنَبَ بِنْتِ كَعْبٍ ، عَنِ الْفَارِعَةِ بِنْتِ مَالِكٍ : أَنَّ زَوْجَهَا خَرَجَ فِي طَلَبِ أَعْلاَجٍ فَقَتَلُوهُ ، - قَالَ شُعْبَةُ ، وَابْنُ جُرَيْجٍ - وَكَانَتْ فِي دَارٍ قَاصِيَةٍ ، فَجَاءَتْ وَمَعَهَا أَخُوهَا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرُوا لَهُ فَرَخَّصَ لَهَا ، حَتَّى إِذَا رَجَعَتْ دَعَاهَا فَقَالَ : اجْلِسِي فِي بَيْتِكِ حَتَّى يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ.
“əl-Faria bint Malik ﵂ rəvayət edir ki, əri yaşadığı yerdən uzaqda işçilər tapmaq üçün getmişdi. Onu orada öldürdülər. Ravilər Şubə və İbn Cureyc deyirlər ki, əl-Faria uzaqda olan evdə qalırdı. O, qardaşı ilə Allah Elçisinin ﷺ yanına gəlib vəziyyəti danışdı. Allah Elçisi ﷺ də ona rüsxət verdi, lakin qadın qayıdıb gedərkən onu çağırıb buyurdu: “İddə müddəti bitənə qədər evində qal!””
İstinad
Nəsəi, 3528 (Talaq, 140)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı