Əri vəfat etmiş qadının iddə müddəti bitənə qədər öz evində qalması
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ يَزِيدَ بْنِ مُحَمَّدٍ ، عَنْ سَعْدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَمَّتِهِ زَيْنَبَ بِنْتِ كَعْبٍ ، عَنِ الْفُرَيْعَةِ بِنْتِ مَالِكٍ : أَنَّ زَوْجَهَا تَكَارَى عُلُوجًا لِيَعْمَلُوا لَهُ فَقَتَلُوهُ ، فَذَكَرَتْ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَقَالَتْ : إِنِّي لَسْتُ فِي مَسْكَنٍ لَهُ وَلاَ يَجْرِي عَلَيَّ مِنْهُ رِزْقٌ ، أَفَأَنْتَقِلُ إِلَى أَهْلِي وَيَتَامَايَ وَأَقُومُ عَلَيْهِمْ ؟ قَالَ افْعَلِي ، ثُمَّ قَالَ : كَيْفَ قُلْتِ ؟ فَأَعَادَتْ عَلَيْهِ قَوْلَهَا ، قَالَ : اعْتَدِّي حَيْثُ بَلَغَكِ الْخَبَرُ.
“əl-Furey'a bint Malik ﵂ rəvayət edir ki, əri yaşadığı yerdən uzaqda işçilər tapmaq üçün getmişdi. Onu orada öldürdülər. O, vəziyyəti Allah Elçisinə ﷺ danışdı. əl-Furya deyir: “Ərimin bir məskəni yoxdur, mənə də ruzi olaraq bir şey buraxmayıb. Ailəmin yanına qayıdıb oradakılarla birlikdə qala bilərəmmi?” Allah Elçisi ﷺ: “Qala bilərsən”, - dedi. Sonra buyurdu: “Sən necə demişdin?” O, təkrar etdikdə Allah Elçisi ﷺ buyurdu: “(Ərinin ölüm) xəbəri sənə harada gəlib çatıbsa, iddə müddətini orada gözlə!””
İstinad
Nəsəi, 3529 (Talaq, 141)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı