Yas tutaraq iddə müddəti gözləyən müsəlman qadının yəhudi və xristianlardan fərqli olaraq bəzənməyi tərk etməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ - ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ حُمَيْدِ بْنِ نَافِعٍ ، عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، أَنَّهَا أَخْبَرَتْهُ - بِهَذِهِ الأَحَادِيثِ الثَّلاَثَةِ ، قَالَتْ زَيْنَبُ : دَخَلْتُ عَلَى أُمِّ حَبِيبَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ تُوُفِّيَ أَبُوهَا أَبُو سُفْيَانَ بْنُ حَرْبٍ ، فَدَعَتْ أُمُّ حَبِيبَةَ بِطِيبٍ فَدَهَنَتْ مِنْهُ جَارِيَةً ، ثُمَّ مَسَّتْ بِعَارِضَيْهَا ، ثُمَّ قَالَتْ : وَاللَّهِ مَا لِي بِالطِّيبِ مِنْ حَاجَةٍ غَيْرَ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَحِلُّ لاِمْرَأَةٍ تُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ تَحِدُّ عَلَى مَيِّتٍ فَوْقَ ثَلاَثِ لَيَالٍ ، إِلاَّ عَلَى زَوْجٍ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا قَالَتْ زَيْنَبُ : ثُمَّ دَخَلْتُ عَلَى زَيْنَبَ بِنْتِ جَحْشٍ ، حِينَ تُوُفِّيَ أَخُوهَا وَقَدْ دَعَتْ بِطِيبٍ وَمَسَّتْ مِنْهُ ، ثُمَّ قَالَتْ : وَاللَّهِ مَا لِي بِالطِّيبِ مِنْ حَاجَةٍ غَيْرَ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ عَلَى الْمِنْبَرِ : لاَ يَحِلُّ لاِمْرَأَةٍ تُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ تَحِدُّ عَلَى مَيِّتٍ فَوْقَ ثَلاَثِ لَيَالٍ ، إِلاَّ عَلَى زَوْجٍ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا وَقَالَتْ زَيْنَبُ : سَمِعْتُ أُمَّ سَلَمَةَ تَقُولُ : جَاءَتِ امْرَأَةٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ ابْنَتِي تُوُفِّيَ عَنْهَا زَوْجُهَا وَقَدِ اشْتَكَتْ عَيْنَهَا أَفَأَكْحُلُهَا ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ ، ثُمَّ قَالَ : إِنَّمَا هِيَ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا ، وَقَدْ كَانَتْ إِحْدَاكُنَّ فِي الْجَاهِلِيَّةِ تَرْمِي بِالْ بَعْرَةِ عِنْدَ رَأْسِ الْحَوْلِ قَالَ حُمَيْدٌ : فَقُلْتُ لِزَيْنَبَ : وَمَا تَرْمِي بِالْبَعْرَةِ عِنْدَ رَأْسِ الْحَوْلِ ؟ قَالَتْ زَيْنَبُ : كَانَتِ الْمَرْأَةُ إِذَا تُوُفِّيَ عَنْهَا زَوْجُهَا دَخَلَتْ حِفْشًا وَلَبِسَتْ شَرَّ ثِيَابِهَا ، وَلَمْ تَمَسَّ طِيبًا وَلاَ شَيْئًا حَتَّى تَمُرَّ بِهَا سَنَةٌ ، ثُمَّ تُؤْتَى بِدَابَّةٍ حِمَارٍ أَوْ شَاةٍ أَوْ طَيْرٍ فَ تَفْتَضُّ بِهِ ، فَقَلَّمَا تَفْتَضُّ بِشَيْءٍ إِلاَّ مَاتَ ، ثُمَّ تَخْرُجُ فَتُعْطَى بَعْرَةً فَتَرْمِي بِهَا ، وَتُرَاجِعُ بَعْدُ مَا شَاءَتْ مِنْ طِيبٍ أَوْ غَيْرِهِ قَالَ مَالِكٌ : تَفْتَضُّ : تَمْسَحُ بِهِ فِي حَدِيثِ مُحَمَّدٍ ، قَالَ مَالِكٌ : الْحِفْشُ : الْخُصُّ.
“Rəvayət edilir ki, Zeynəb ﵂ demişdir: “Peyğəmbərin ﷺ zövcəsi Ummu Həbibənin atası Əbu Süfyan ibn Hərb vəfat edəndə mən onun yanına gəldim. Ummu Həbibə xidmətçisinə ətir gətirtdirdi və ondan bir az götürüb yanaqlarına sürtdü, sonra dedi: “Vallahi, ətir vurmağa ehtiyacım yoxdu, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allaha və Axirət gününə iman gətirən bir qadına ərindən başqa heç kəsə üç gecədən artıq yas tutması halal deyil. Ərinə isə dörd ay on gün yas saxlamalıdır”. Zeynəb dedi: “Sonra mən Zeynəb bint Cəhşin qardaşı vəfat etdikdə onun yanına gəldim. Zeynəb ətir gətizdirdi və ondan özünə vurdu. Sonra dedi: “Vallahi, ətir vurmağa ehtiyacım yoxdu, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allaha və Axirət gününə iman gətirən bir qadına ərindən başqa heç kəsə üç gecədən artıq yas tutması halal deyil. Ərinə isə dörd ay on gün yas saxlamalıdır”. Zeynəb deyir: “Mən Ummu Sələmənin belə dediyini eşitdim: “Bir dəfə bir qadın Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim qızımın əri vəfat edib, özünün də gözündən şikayəti var. O, gözünə sürmə çəkə bilərmi?” Allah Elçisi ﷺ: “Xeyr”, - dedi, sonra buyurdu: “Bu müddət dörd ay on gündür. Siz cahiliyyət dövründə bir il gözləyər, sonra (ilin tamamında) dəvə təzəyi ataraq yasdan çıxardınız”. Ravi Humeyd deyir: “Mən Zeynəbdən soruşdum: “Yas tutmaq, ilinin sonunda təzək atmaq nə mənaya gəlir?” Zeynəb dedi: “Cahiliyyət dövründə əri ölən qadın kiçik və dar bir otağa girər, ən pis paltarlarını geyinər, nə ətir vurar, nə də başqa şey istifadə edərdi. Bir il keçdikdən sonra qadının yanına uzunqulaq, qoyun və ya quş növündən olan bir heyvan gətirilər və qadın həmin heyvanı öz bədəninə sürtərdi. O heyvan sürtülə-sürtülə axırda ölərdi. Sonra o qadın otağından çıxar və əlinə bir dəvə təzəyi verilərdi. Qadın da onu atdıqdan sonra istədiyi kimi bəzənər və ətir vurardı”.”
İstinad
Nəsəi, 3533 (Talaq, 145)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı