Talaq (boşanma) kitabı

Yas tutaraq iddə müddətini gözləyən qadının cəzbedici paltar geyinməməsi

أَخْبَرَنَا حُسَيْنُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ حَفْصَةَ ، عَنْ أُمِّ عَطِيَّةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَحِدُّ امْرَأَةٌ عَلَى مَيِّتٍ فَوْقَ ثَلاَثٍ إِلاَّ عَلَى زَوْجٍ ، فَإِنَّهَا تَحِدُّ عَلَيْهِ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا وَلاَ تَلْبَسُ ثَوْبًا مَصْبُوغًا ، وَلاَ ثَوْبَ عَصْبٍ ، وَلاَ تَكْتَحِلُ ، وَلاَ تَمْتَشِطُ ، وَلاَ تَمَسُّ طِيبًا إِلاَّ عِنْدَ طُهْرِهَا ، حِينَ تَطْهُرُ نُبَذًا مِنْ قُسْطٍ وَأَظْفَارٍ.

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir qadına ərindən başqa bir kəsə üç gecədən artıq yas tutması halal deyil. Ərinə isə dörd ay on gün yas saxlamalıdır. Bu əsnada bəzəkli paltar və parça geyinməz, gözünə sürmə çəkməz, daranmaz və ətir vura bilməz. Yalnız heyzdən təmizlənərkən bir parçaya qust və sarı ətir vura bilər”.”

Ummu Atiyyə
Səhih

İstinad

Nəsəi, 3534 (Talaq, 146)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı