Yas tutaraq iddə müddətini gözləyən qadının sidrdən (sabundan) istifadə etməsinə icazə verilməsi
أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَخْرَمَةُ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ الْمُغِيرَةَ بْنَ الضَّحَّاكِ ، يَقُولُ : حَدَّثَتْنِي أُمُّ حَكِيمٍ بِنْتُ أَسِيدٍ ، عَنْ أُمِّهَا : أَنَّ زَوْجَهَا تُوُفِّيَ وَكَانَتْ تَشْتَكِي عَيْنَهَا فَتَكْتَحِلُ الْجَلاَءَ ، فَأَرْسَلَتْ مَوْلاَةً لَهَا إِلَى أُمِّ سَلَمَةَ ، فَسَأَلَتْهَا عَنْ كُحْلِ الْجَلاَءِ ، فَقَالَتْ : لاَ تَكْتَحِلُ ، إِلاَّ مِنْ أَمْرٍ لاَ بُدَّ مِنْهُ ، دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ تُوُفِّيَ أَبُو سَلَمَةَ ، وَقَدْ جَعَلْتُ عَلَى عَيْنِي صَبْرًا ، فَقَالَ : مَا هَذَا يَا أُمَّ سَلَمَةَ ؟ قُلْتُ : إِنَّمَا هُوَ صَبْرٌ يَا رَسُولَ اللهِ ، لَيْسَ فِيهِ طِيبٌ ، قَالَ : إِنَّهُ يَشُبُّ الْوَجْهَ ، فَلاَ تَجْعَلِيهِ إِلاَّ بِاللَّيْلِ ، وَلاَ تَمْتَشِطِي بِالطِّيبِ وَلاَ بِالْحِنَّاءِ ، فَإِنَّهُ خِضَابٌ قُلْتُ : بِأَيِّ شَيْءٍ أَمْتَشِطُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : بِالسِّدْرِ تُغَلِّفِينَ بِهِ رَأْسَكِ.
“Ummu Həkim bint Əsid anasının ﵀ belə dediyini rəvayət etmişdir: “Onun əri vəfat etmişdi, özü isə göz ağrısından əziyyət çəkirdi və gözlərinə sürmə çəkmək istəyirdi. Bu səbəbə görə cariyəsini Ummu Sələmənin yanına göndərib (yas vaxtı) gözlərə sürmə çəkməyin hökmünü soruşdu. Ummu Sələmə dedi: “Məcbur qalmadıqca gözlərə sürmə çəkmək icazəli deyil. Əbu Sələmə vəfat etdikdə mən gözlərimə “səbir otu” sürtmüşdüm. Bu vaxt Allah Elçisi ﷺ yanıma gələrək soruşdu: “Ey Ummu Sələmə, bu nədir?” Mən dedim: “Bu, səbir otudur, qoxusu yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “O, gözə və üzə rəng verib gözəlləşdirir. Ondan ancaq gecə vaxtı istifadə et, lakin saçını darayıb ətir və xına vurma, çünki onlar qadının cazibədarlığını artıran boyalardandır”. Mən dedim: “Bəs onda saçlarımı nə ilə daramalıyam, ey Allahın Elçisi?” O buyurdu: “Sidrdən bol şəkildə istifadə edə bilərsən”.”
İstinad
Nəsəi, 3537 (Talaq, 149)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı