Yas tutaraq iddə müddətini gözləyən qadının sürmədən istifadə etməsinin qadağan olması
أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ وَهُوَ ابْنُ مُوسَى ، قَالَ حُمَيْدٌ : وَحَدَّثَتْنِي زَيْنَبُ بِنْتُ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّهَا أُمِّ سَلَمَةَ ، قَالَتْ : جَاءَتْ امْرَأَةٌ مِنْ قُرَيْشٍ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ ابْنَتِي رَمِدَتْ ، أَفَأَكْحُلُهَا ؟ وَكَانَتْ مُتَوَفًّى عَنْهَا ، فَقَالَ : أَلاَ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ثُمَّ قَالَتْ : إِنِّي أَخَافُ عَلَى بَصَرِهَا ، فَقَالَ : لاَ ، إِلاَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ، قَدْ كَانَتْ إِحْدَاكُنَّ فِي الْجَاهِلِيَّةِ تَحِدُّ عَلَى زَوْجِهَا سَنَةً ، ثُمَّ تَرْمِي عَلَى رَأْسِ السَّنَةِ بِالْبَعْرَةِ.
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Qureyşdən bir qadın Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, qızımın gözləri ağrıyır, ona sürmə çəkə bilərəmmi?” Onun qızının əri vəfat etmişdi. Allah Elçisi ﷺ buyurdu: “O, dörd ay on gün gözləməlidir”. Qadın dedi: “Mən onun gözlərinə görə qorxuram”. Allah Elçisi ﷺ buyurdu: “Xeyr, dörd ay on gün gözləməlidir. Sizdən biri cahiliyyət dövründə yas tutub iddə müddətini bir il gözləyər, ilin sonunda isə dəvə təzəyini ataraq yasdan çıxardı”.”
İstinad
Nəsəi, 3538 (Talaq, 150)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı