Yas tutaraq iddə müddəti gözləyən qadının (evlərindən çıxarılmamaq şərti ilə bir il) baxılmasının vacib olması məsələsinin mirasdan pay sahibi olması şərti ilə nəsx olunması
أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى السِّجْزِيُّ خَيَّاطُ السُّنَّةِ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، قَالَ : أَخْبَرَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا يَزِيدُ النَّحْوِيُّ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ} نُسِخَ ذَلِكَ بِآيَةِ الْمِيرَاثِ مِمَّا فُرِضَ لَهَا مِنَ الرُّبُعِ وَالثُّمُنِ ، وَنَسَخَ أَجَلَ الْحَوْلِ ، أَنْ جُعِلَ أَجَلُهَا أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ bu ayə - “Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən) zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidir” (əl-Bəqərə, 240) haqda demişdir: “Bu ayədəki “(evlərindən) çıxarılmamaq şərti ilə bir il) baxılması” hissəsi aşağıdakı (ən-Nisa surəsinin 12-ci ayəsindəki) “dörddəbir və səkkizdəbir” hissəsi ilə nəsx edilmişdir: “...Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddəbir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdəbir hissəsi zövcələrinizə çatır...”. (ən-Nisa, 12). Ayədəki bir il gözləmə müddəti isə “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (əl-Bəqərə, 234) dörd ay on gün müddəti ilə nəsx edilmişdir”.”
İstinad
Nəsəi, 3543 (Talaq, 155)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı