Yas tutaraq iddə müddəti gözləyən qadının (evlərindən çıxarılmamaq şərti ilə bir il) baxılmasının vacib olması məsələsinin mirasdan pay sahibi olması şərti ilə nəsx olunması
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ} ، قَالَ : نَسَخَتْهَا : {وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا}.
“İkrimə ﵀ Allahın ﷿ “Sizlərdən ölüb özündən sonra zövcələr qoyub gedən kəslər sağlığında ikən, zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar öz istəkləri ilə çıxıb getsələr, özləri barədə şəriətə müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir” (əl-Bəqərə, 240) ayəsi haqda demişdir: “Bu ayə “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər” (əl-Bəqərə, 234) ayəsinin hökmünü nəsx etmişdir”.”
İstinad
Nəsəi, 3544 (Talaq, 156)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı