Talaq (boşanma) kitabı

Yas tutaraq iddə müddətini gözləyən qadının evdən çıxmasına icazə verilməsi

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَاصِمٍ ، أَنَّ فَاطِمَةَ بِنْتَ قَيْسٍ ، أَخْبَرَتْهُ - وَكَانَتْ عِنْدَ رَجُلٍ مِنْ بَنِي مَخْزُومٍ - : أَنَّهُ طَلَّقَهَا ثَلاَثًا وَخَرَجَ إِلَى بَعْضِ الْمَغَازِي ، وَأَمَرَ وَكِيلَهُ أَنْ يُعْطِيَهَا بَعْضَ النَّفَقَةِ ، فَتَقَالَّتْهَا ، فَانْطَلَقَتْ إِلَى بَعْضِ نِسَاءِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَدَخَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهِيَ عِنْدَهَا فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، هَذِهِ فَاطِمَةُ بِنْتُ قَيْسٍ طَلَّقَهَا فُلاَنٌ ، فَأَرْسَلَ إِلَيْهَا بِبَعْضِ النَّفَقَةِ ، فَرَدَّتْهَا ، وَزَعَمَ أَنَّهُ شَيْءٌ تَطَوَّلَ بِهِ ؟ قَالَ : صَدَقَ ، قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَانْتَقِلِي إِلَى أُمِّ كُلْثُومٍ فَاعْتَدِّي عِنْدَهَا ثُمَّ قَالَ : إِنَّ أُمَّ كُلْثُومٍ امْرَأَةٌ يَكْثُرُ عُوَّادُهَا ، فَانْتَقِلِي إِلَى عَبْدِ اللَّهِ ابْنِ أُمِّ مَكْتُومٍ فَإِنَّهُ أَعْمَى فَانْتَقَلَتْ إِلَى عَبْدِ اللهِ ، فَاعْتَدَّتْ عِنْدَهُ حَتَّى انْقَضَتْ عِدَّتُهَا ، ثُمَّ خَطَبَهَا أَبُو الْجَهْمِ وَمُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ ، فَجَاءَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، تَسْتَأْمِرُهُ فِيهِمَا ، فَقَالَ : أَمَّا أَبُو الْجَهْمِ فَرَجُلٌ أَخَافُ عَلَيْكِ قَسْقَاسَتَهُ لِلْعَصَا ، وَأَمَّا مُعَاوِيَةُ فَرَجُلٌ أَمْلَقُ مِنَ الْمَالِ فَتَزَوَّجَتْ أُسَامَةَ بْنَ زَيْدٍ بَعْدَ ذَلِكَ.

“Rəvayət edilir ki, Fatimə bint Qeys ﵂ Bəni Məhzum tayfasından bir kişinin nikahı altında idi. Əri onu üç talaqla boşadı və döyüşlərdən birinə qoşuldu. Döyüşə gedərkən bu məsələyə vəkil təyin etdiyi adama bir qədər azuqə buraxmağı əmr etdi. Lakin Fatimə verilən bu azuqənin az olduğunu bildirdi və Peyğəmbərin ﷺ zövcələrindən birinin yanına getdi. Fatimə orada olarkən Peyğəmbər ﷺ gəldi. Zövcəsi ona dedi: “Ey Allahın Elçisi, bu Fatimə bint Qeysdir. Əri onu boşayıb və bir az azuqə göndərib, lakin Fatimə bu azuqənin az olduğunu bildirərək qəbul etməyib. Əri isə bu azuqənin boşanmada şərt olmadığını bildirib”. Peyğəmbər ﷺ dedi: “(Əri) düz deyib”. Sonra Fatiməyə buyurdu: “Ummu Kulsumun evinə gedib iddə müddətini orada gözlə!” Sonra dedi: “Ummu Kulsumun gəlib-gedəni çox olur. Sən Abdullah ibn Ummu Məktumun evinə get, çünki onun gözləri kordur”. Fatimə Abdullahın evinə getdi. İddə müddəti bitənə qədər orada qaldı. Sonra ona Əbu Cəhm və Müaviyə ibn Əbu Süfyan elçi düşdülər. Fatimə Allah Elçisinin ﷺ yanına gələrək bu haqda onunla söhbət etdi. Allah Elçisi ﷺ buyurdu: “Əbu Cəhmə gəldikdə, sənin üçün ondan çox qorxuram, əsasından çox istifadə edərək qadınları döyür. Müaviyənin isə mal-dövləti yoxdur”. Sonra isə Fatimə Usamə ibn Zeyd ilə evləndi.”

Fatimə bint Qeys
Zəif

İstinad

Nəsəi, 3545 (Talaq, 157)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı