Vəsiyyətdən qabaq borcun ödənməsi və Cabirin rəvayətləri haqda olan ixtilaf
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مُغِيرَةَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ جَابِرٍ ، قَالَ : تُوُفِّيَ عَبْدُ اللهِ بْنُ عَمْرِو بْنِ حَرَامٍ ، قَالَ : وَتَرَكَ دَيْنًا فَاسْتَشْفَعْتُ بِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى غُرَمَائِهِ أَنْ يَضَعُوا مِنْ دَيْنِهِ شَيْئًا ، فَطَلَبَ إِلَيْهِمْ فَأَبَوْا ، فَقَالَ لِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اذْهَبْ فَصَنِّفْ تَمْرَكَ أَصْنَافًا ، الْعَجْوَةَ عَلَى حِدَةٍ ، وَعِذْقَ ابْنِ زَيْدٍ عَلَى حِدَةٍ ، وَأَصْنَافَهُ ثُمَّ ابْعَثْ إِلَيَّ ، قَالَ : فَفَعَلْتُ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَلَسَ فِي أَعْلاَهُ أَوْ فِي أَوْسَطِهِ ، ثُمَّ قَالَ : كِلْ لِلْقَوْمِ ، قَالَ : فَكِلْتُ لَهُمْ حَتَّى أَوْفَيْتُهُمْ ، ثُمَّ بَقِيَ تَمْرِي كَأَنْ لَمْ يَنْقُصْ مِنْهُ شَيْءٌ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Abdullah ibn Amir ibn Haram vəfat etdikdə xeyli borcu qalmışdı. Mən Allah Elçisindən ﷺ borc yiyələrinin borclarından keçmələri üçün kömək istədim. Allah Elçisi ﷺ borc yiyələrindən borclarının keçmələrini istədikdə bunu qəbul etmədilər. Peyğəmbər ﷺ mənə dedi: “Get, xurmalarını növlərinə görə - əl-Acvə xurmasını bir yerə, İzq ibn Zeyd xurmasını başqa bir yerə yığ və mənə xəbər ver!” Mən Allah Elçisinin ﷺ dediyi kimi etdim. Allah Elçisi ﷺ gəldi və xurma yığınlarının ən üstdə olanının və ya ortadakılarının yanında oturdu, sonra belə buyurdu: “Borc yiyələrinə borclu olduğun miqdarla ölçməyə başla!” Mən də ölçüb onlara borclarımı verdim və borcum qalmadı. Sonra baxıb gördüm ki, xurma yığınlarından sanki heç nə əskilməyib”.”
İstinad
Nəsəi, 3638 (Vəsiyyətlər, 28)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı