Vəsiyyətlər kitabı

Vəsiyyətdən qabaq borcun ödənməsi və Cabirin rəvayətləri haqda olan ixtilaf

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ حَرَمِيٌّ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمَّارِ بْنِ أَبِي عَمَّارٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَانَ لِيَهُودِيٍّ عَلَى أَبِي تَمْرٌ ، فَقُتِلَ يَوْمَ أُحُدٍ وَتَرَكَ حَدِيقَتَيْنِ ، وَتَمْرُ الْيَهُودِيِّ يَسْتَوْعِبُ مَا فِي الْحَدِيقَتَيْنِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ أَنْ تَأْخُذَ الْعَامَ نِصْفَهُ وَتُؤَخِّرَ نِصْفَهُ ؟ فَأَبَى الْيَهُودِيُّ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ أَنْ تَأْخُذَ الْجِدَادَ ؟ فَآذِنِّي فَآذَنْتُهُ ، فَجَاءَ هُوَ وَأَبُو بَكْرٍ فَجَعَلَ يُجَدُّ وَيُكَالُ مِنْ أَسْفَلِ النَّخْلِ ، وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَدْعُو بِالْبَرَكَةِ حَتَّى وَفَيْنَاهُ جَمِيعَ حَقِّهِ مِنْ أَصْغَرِ الْحَدِيقَتَيْنِ - فِيمَا يَحْسِبُ عَمَّارٌ - ثُمَّ أَتَيْتُهُمْ بِرُطَبٍ وَمَاءٍ فَأَكَلُوا وَشَرِبُوا ، ثُمَّ قَالَ : هَذَا مِنَ النَّعِيمِ الَّذِي تُسْأَلُونَ عَنْهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Atamın bir yəhudiyə xurmadan borcu var idi. Atam Uhud döyüşündə öldürüldü və iki xurma bağı qoyub getdi. Bu bağlardakı xurmalar isə yəhudinin borcunu tam ödəmirdi. Peyğəmbər ﷺ yəhudiyə dedi: “Alacağın xurmanın yarısını indi, yarısını da gələn ilə saxlaya bilərsən?” Yəhudi bununla razılaşmadı. Belə olduqda Peyğəmbər ﷺ buyurdu: “Xurmaları yığmağa başladıqda mənə xəbər ver!” Mən onun dediyi kimi etdikdən sonra ona xəbər verdim. Allah Elçisi ﷺ Əbu Bəkrlə birlikdə gəldi. Xurmaların ən alt hissəsindən başlanaraq ölçülməyə başlandı. Allah Elçisi ﷺ xurmanın bərəkətli olması üçün dua etdi. Həmin xurma bağçalarının kiçiyindən çıxan xurmalarla yəhudinin borcunu ödədik. Allah Elçisinə ﷺ və Əbu Bəkrə hədiyyə olaraq yaş xurma və su gətirdim. Onlar yeyib-içdilər və belə dedilər: “Bax, bu nemətə görə sorğu-sual olunacaqsınız!””

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 3639 (Vəsiyyətlər, 29)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı