Vəsiyyətlər kitabı

Vəsiyyətdən qabaq borcun ödənməsi və Cabirin rəvayətləri haqda olan ixtilaf

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ حَدِيثِ عَبْدِ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : تُوُفِّيَ أَبِي وَعَلَيْهِ دَيْنٌ ، فَعَرَضْتُ عَلَى غُرَمَائِهِ أَنْ يَأْخُذُوا الثَّمَرَةَ بِمَا عَلَيْهِ فَأَبَوْا ، وَلَمْ يَرَوْا فِيهِ وَفَاءً ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، قَالَ : إِذَا جَدَدْتَهُ فَوَضَعْتَهُ فِي الْمِرْبَدِ فَآذِنِّي ، فَلَمَّا جَدَدْتُهُ وَوَضَعْتُهُ فِي الْمِرْبَدِ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَاءَ وَمَعَهُ أَبُو بَكْرٍ وَعُمَرُ ، فَجَلَسَ عَلَيْهِ وَدَعَا بِالْبَرَكَةِ ، ثُمَّ قَالَ : ادْعُ غُرَمَاءَكَ فَأَوْفِهِمْ ، قَالَ : فَمَا تَرَكْتُ أَحَدًا لَهُ عَلَى أَبِي دَيْنٌ إِلاَّ قَضَيْتُهُ ، وَفَضَلَ لِي ثَلاَثَةَ عَشَرَ وَسْقًا ، فَذَكَرْتُ ذَلِكَ لَهُ فَضَحِكَ وَقَالَ : ائْتِ أَبَا بَكْرٍ وَعُمَرَ ، فَأَخْبِرْهُمَا ذَلِكَ ، فَأَتَيْتُ أَبَا بَكْرٍ وَعُمَرَ فَأَخْبَرْتُهُمَا ، فَقَالاَ : قَدْ عَلِمْنَا إِذْ صَنَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَا صَنَعَ أَنَّهُ سَيَكُونُ ذَلِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Atam vəfat etmiş və özündən sonra borcu qalmışdı. Borc yiyələrinə borcun əvəzində xurma götürmələrini təklif etdim, lakin bununla razılaşmadılar və məndə olanın onların borcunu ödəməyəciyini bildirdilər. Mən Allah Elçisinin ﷺ yanına gəldim və məsələni ona bildirdim. O buyurdu: “Xurmaları yığıb qurutma yerinə qoyduqda mənə xəbər ver!” Mən xurmaları yığıb qurutma yerinə topladım və Allah Elçisinin ﷺ yanına gəldim. Allah Elçisi ﷺ Əbu Bəkr və Ömərlə birlikdə xurma qurudulan yerə gəldi. Orada oturdu və bərəkətlənməsi üçün dua etdi, sonra dedi: “Borc yiyələrini çağır və xurmadan ölçərək borcunu ödə!” Atamın borclu olduğu hər kəsə borclarını verdi, yerdə isə on üç vəsq xurma artıq qaldı. Bunu Allah Elçisinə ﷺ xəbər verdikdə güldü və buyurdu: “Get, bunu Əbu Bəkr və Ömərə xəbər ver!” Mən də gedib Əbu Bəkr və Ömərə xəbər verdim. Onlar dedilər: “Allah Elçisi ﷺ bərəkətli olması üçün dua etdikdə biz artıq bunun belə olacağını bilmişdik”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 3640 (Vəsiyyətlər, 30)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı