Vəsiyyətlər kitabı

Yetimin malına idarəçilik etməyin qadağan olunması

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي أَيُّوبَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ سَالِمِ بْنِ أَبِي سَالِمٍ الْجَيْشَانِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَبَا ذَرٍّ ، إِنِّي أَرَاكَ ضَعِيفًا ، وَإِنِّي أُحِبُّ لَكَ مَا أُحِبُّ لِنَفْسِي ، لاَ تَأَمَّرَنَّ عَلَى اثْنَيْنِ ، وَلاَ تَوَلَّيَنَّ عَلَى مَالِ يَتِيمٍ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə buyurdu: “Ey Əbu Zərr! Mən sənin zəif olduğunu görürəm. Mən özüm üçün sevdiyim şeyin sənin üçün də olmasını sevirəm. Nəbadə, iki nəfərin olsa belə, rəhbəri olma və heç bir yetimin malının idarəçiliyini öz üzərinə götürmə!””

Əbu Zərr
Səhih

İstinad

Nəsəi, 3667 (Vəsiyyətlər, 57)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı