Yetim böyüdükdə malını idarə edən nə etməlidir?
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ حُسَيْنٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ : أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنِّي فَقِيرٌ لَيْسَ لِي شَيْءٌ وَلِي يَتِيمٌ ، قَالَ : كُلْ مِنْ مَالِ يَتِيمِكَ غَيْرَ مُسْرِفٍ وَلاَ مُبَاذِرٍ وَلاَ مُتَأَثِّلٍ.
“Amr ibn Şueyb atasından və babasından ﵂ rəvayət edir ki, bir dəfə bir kişi Peyğmbərin ﷺ yanına gəlib dedi: “Mən kasıb bir adamam və malım yoxdur, lakin bir yetimə baxıram”. Peyğəmbər ﷺ buyurdu: “Yetimin malından ye, amma israf etmə, dağıtma və özünə götürmə!””
İstinad
Nəsəi, 3668 (Vəsiyyətlər, 58)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı