Vəsiyyətlər kitabı

Yetim böyüdükdə malını idarə edən nə etməlidir?

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّلْتِ ، قَالَ : حَدَّثَنَا أَبُو كُدَيْنَةَ ، عَنْ عَطَاءٍ وَهُوَ ابْنُ السَّائِبِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {وَلاَ تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ} وَ {إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا} ، قَالَ : اجْتَنَبَ النَّاسُ مَالَ الْيَتِيمِ وَطَعَامَهُ ، فَشَقَّ ذَلِكَ عَلَى الْمُسْلِمِينَ ، فَشَكَوْا ذَلِكَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَنْزَلَ اللَّهُ : {وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَهُمْ خَيْرٌ} - إِلَى قَوْلِهِ - {لأَعْنَتَكُمْ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın!” (əl-Ənam, 152) və “Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər” (ən-Nisa, 10) ayələri haqda demişdir: “Bu ayələr nazil olduqda insanlar yetimlərin malları və ərzaqları ilə maraqlanmadılar. Bu hal müsəlmanlara ağır gəldi və məsələ Peyğəmbərə ﷺ bildirildikdə Allah bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı” (əl-Bəqərə 220)”.”

İbn Abbas
Həsən

İstinad

Nəsəi, 3669 (Vəsiyyətlər, 59)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı