Vəsiyyətlər kitabı

Yetim böyüdükdə malını idarə edən nə etməlidir?

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ بْنُ عُيَيْنَةَ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ : فِي قَوْلِهِ : {إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا} ، قَالَ : كَانَ يَكُونُ فِي حَجْرِ الرَّجُلِ الْيَتِيمُ ، فَيَعْزِلُ لَهُ طَعَامَهُ وَشَرَابَهُ وَآنِيَتَهُ ، فَشَقَّ ذَلِكَ عَلَى الْمُسْلِمِينَ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ} فِي الدِّينِ فَأَحَلَّ لَهُمْ خُلْطَتَهُمْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər” (ən-Nisa, 10) ayəsi haqda demişdir: “Bu vaxt bəzilərinin yanında yetimlər var idi. Ayədəki təhdiddən qorxduqlarına görə yeməklərini, içməklərini və qablarını ayrı saxladılar. Bu hal müsəlmanlara ağır gəldi və Allah ﷿ bu ayəni nazil etdi: “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı” (əl-Bəqərə 220)”.”

İbn Abbas
Həsən

İstinad

Nəsəi, 3670 (Vəsiyyətlər, 60)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı