Yetimin malını yeməkdən çəkinmək
أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بِلاَلٍ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ ، عَنْ أَبِي الْغَيْثِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ قِيلَ : يَا رَسُولَ اللهِ ، مَا هِيَ ؟ قَالَ : الشِّرْكُ بِاللَّهِ ، وَالشُّحُّ ، وَقَتْلُ النَّفْسِ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ ، وَأَكْلُ الرِّبَا ، وَأَكْلُ مَالِ الْيَتِيمِ ، وَالتَّوَلِّي يَوْمَ الزَّحْفِ ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْغَافِلاَتِ الْمُؤْمِنَاتِ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həlak edən yeddi şeydən çəkinin!” Ona deyildi: “Ey Allahın Elçisi, onlar nədir?” Allah Elçisi ﷺ buyurdu: “Bunlar Allaha şərik qoşmaq, simiclik, Allahın haram etdiyi cana haqsız yerə qıymaq, sələm yemək, yetim malı yemək, döyüş günü qaçmaq və zinadan uzaq olan müsəlman qadınları zinada ittiham etmək”.”
İstinad
Nəsəi, 3671 (Vəsiyyətlər, 61)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı