Andlar və nəzirlər kitabı

Atalara and içmək

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ أَخْبَرَهُ ، عَنْ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ قَالَ عُمَرُ : فَوَاللَّهِ مَا حَلَفْتُ بِهَا بَعْدُ ذَاكِرًا وَلاَ آثِرًا.

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah atalarınıza and içməyi qadağan etmişdir”. Ömər deyir: “Allaha and olsun ki, o gündən sonra nə bilərək, nə də başqasının sözünü deyərək atama and içdim”.”

Ömər
Səhih

İstinad

Nəsəi, 3768 (Andlar, 8)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı