Sunən ən-NəsəiAndlar və nəzirlər kitabı

Kitab 35

Andlar və nəzirlər kitabı

كِتَابُ الأَيْمَانِ وَالنُّذُورِ

96

hədis

Fəsil 1

Andlar və nəzirlər

الأَيْمَانِ وَالنُّذُورِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ الرُّهَاوِيُّ ، وَمُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : كَانَتْ يَمِينٌ يَحْلِفُ عَلَيْهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ وَمُقَلِّبِ الْقُلُوبِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ: “Xeyr, qəlbləri döndərən Allaha and olsun!”, - deyərək and içərdi”.”

İbn Ömər
SəhihNəsəi, 3761 (Andlar, 1)

Fəsil 2

Qəlbləri çevirənə and içmək

الْحَلِفُ بِمُصَرِّفِ الْقُلُوبِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّلْتِ أَبُو يَعْلَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ ، عَنْ عَبَّادِ بْنِ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَتْ يَمِينُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الَّتِي يَحْلِفُ بِهَا : لاَ وَمُصَرِّفِ الْقُلُوبِ.

“Səlim atasının belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ: “Xeyr, qəlbləri çevirən Allaha and olsun!”, - deyərək and içərdi”.”

Səlim atasından
HəsənNəsəi, 3762 (Andlar, 2)

Fəsil 3

Uca Allahın İzzətinə and içmək

الْحَلِفُ بِعِزَّةِ اللهِ تَعَالَى

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ وَالنَّارَ أَرْسَلَ جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ إِلَى الْجَنَّةِ ، فَقَالَ : انْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لأَهْلِهَا فِيهَا . فَنَظَرَ إِلَيْهَا فَرَجَعَ ، فَقَالَ : وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا . فَأَمَرَ بِهَا فَحُفَّتْ بِالْمَكَارِهِ ، فَقَالَ : اذْهَبْ إِلَيْهَا فَانْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لأَهْلِهَا فِيهَا . فَنَظَرَ إِلَيْهَا ، فَإِذَا هِيَ قَدْ حُفَّتْ بِالْمَكَارِهِ ، فَقَالَ : وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَدْخُلَهَا أَحَدٌ . قَالَ : اذْهَبْ فَانْظُرْ إِلَى النَّارِ وَإِلَى مَا أَعْدَدْتُ لأَهْلِهَا فِيهَا . فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ يَرْكَبُ بَعْضُهَا بَعْضًا ، فَرَجَعَ فَقَالَ : وَعِزَّتِكَ لاَ يَدْخُلُهَا أَحَدٌ . فَأَمَرَ بِهَا فَحُفَّتْ بِالشَّهَوَاتِ ، فَقَالَ : ارْجِعْ فَانْظُرْ إِلَيْهَا . فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ قَدْ حُفَّتْ بِالشَّهَوَاتِ ، فَرَجَعَ وَقَالَ : وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَنْجُوَ مِنْهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnəti və Cəhənnəmi yaradanda Cəbraili Cənnətə göndərərək buyurdu: “Oraya və oraya girəcək kimsələr üçün hazırladıqlarıma bax!” O da gedib oraya baxdı, sonra qayıdıb dedi: “İzzətinə and olsun ki, onun haqqında eşidən hər kəs ora daxil olmaq istəyəcək”. Sonra Allah Cənnətin çətinliklərlə əhatə olunmasını əmr etdi və buyurdu: “Get, oraya və oraya girəcək kimsələr üçün hazırladıqlarıma bax!” O da gedib oraya baxdı və onun çətinliklərlə əhatə olunduğunu görüb dedi: “İzzətinə and olsun ki, heç kimin oraya daxil ola bilməyəcəyindən qorxdum”. Allah buyurdu: “Get, Cəhənnəmə və oraya daxil olacaq kimsələr üçün hazırladıqlarıma bax!” Cəbrail oraya baxdıqda bir-birinin üzərinə çıxmış alov çuxurlarını və oddan olan təpələri gördü və qayıdıb dedi: “İzzətinə and olsun ki, oraya heç kəs girmək istəməz”. Sonra Allah Cəhənnəmin şəhvətlərlə əhatə olunmasını əmr etdi və buyurdu: “Qayıt və oraya bax!” Cəbrail qayıdıb oraya baxdıqda oranın şəhvətlərlə əhatə olunduğunu gördü və qayıdaraq dedi: “İzzətinə and olsun ki, mən qorxdum ki, kimsə oraya daxil olmamış ondan xilas olmayacaq”.”

Əbu Hureyra
SəhihNəsəi, 3763 (Andlar, 3)

Fəsil 4

Uca Allahdan qeyrisinə and içməkdən şiddətli şəkildə çəkindirmək

التَّشْدِيدُ فِي الْحَلِفِ بِغَيْرِ اللهِ تَعَالَى

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، عَنْ إِسْمَاعِيلَ وَهُوَ ابْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَ حَالِفًا فَلاَ يَحْلِفْ إِلاَّ بِاللَّهِ ، وَكَانَتْ قُرَيْشٌ تَحْلِفُ بِآبَائِهَا ، فَقَالَ : لاَ تَحْلِفُوا بِآبَائِكُمْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim and içirsə, yalnız Allaha and içsin!” Qureyşdən olanlar atalarına and içərdilər. Allah Elçisi ﷺ də buyurdu: “Atalarınıza and içməyin!””

İbn Ömər
SəhihNəsəi, 3764 (Andlar, 4)

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي إِسْحَاقَ ، قَالَ : حَدَّثَنِي رَجُلٌ ، مِنْ بَنِي غِفَارٍ فِي مَجْلِسِ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، قَالَ سَالِمُ بْنُ عَبْدِ اللهِ : سَمِعْتُ عَبْدَ اللهِ ، يَعْنِي ابْنَ عُمَرَ ، وَهُوَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah atalarınıza and içməyi qadağan etmişdir”.”

İbn Ömər
SəhihNəsəi, 3765 (Andlar, 5)

Fəsil 5

Atalara and içmək

الْحَلِفُ بِالآبَاءِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ ، وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَمِعَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عُمَرَ مَرَّةً وَهُوَ يَقُولُ : وَأَبِي وَأَبِي ، فَقَالَ : إِنَّ اللَّهَ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ فَوَاللَّهِ مَا حَلَفْتُ بِهَا بَعْدُ ذَاكِرًا وَلاَ آثِرًا.

“Səlim atasından ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ Ömərin “Atama and olsun! Atama and olsun!” dediyini eşitdi və buyurdu: “Həqiqətən, Allah atalarınıza and içməyi qadağan etmişdir”. Ömər deyir: “Allaha and olsun ki, o gündən sonra nə bilərək, nə də başqasının sözünü deyərək atama and içdim”.”

Səlim atasından
SəhihNəsəi, 3766 (Andlar, 6)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، وَسَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ وَاللَّفْظُ لَهُ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ قَالَ عُمَرُ : فَوَاللَّهِ مَا حَلَفْتُ بِهَا بَعْدُ ذَاكِرًا وَلاَ آثِرًا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah atalarınıza and içməyi qadağan etmişdir”. Ömər deyir: “Allaha and olsun ki, o gündən sonra nə bilərək, nə də başqasının sözünü deyərək atama and içdim”.”

Ömər
SəhihNəsəi, 3767 (Andlar, 7)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ أَخْبَرَهُ ، عَنْ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ قَالَ عُمَرُ : فَوَاللَّهِ مَا حَلَفْتُ بِهَا بَعْدُ ذَاكِرًا وَلاَ آثِرًا.

“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah atalarınıza and içməyi qadağan etmişdir”. Ömər deyir: “Allaha and olsun ki, o gündən sonra nə bilərək, nə də başqasının sözünü deyərək atama and içdim”.”

Ömər
SəhihNəsəi, 3768 (Andlar, 8)

Fəsil 6

Analara and içmək

الْحَلِفُ بِالأُمَّهَاتِ

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُعَاذٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عَوْفٌ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَحْلِفُوا بِآبَائِكُمْ وَلاَ بِأُمَّهَاتِكُمْ وَلاَ بِالأَنْدَادِ ، وَلاَ تَحْلِفُوا إِلاَّ بِاللَّهِ ، وَلاَ تَحْلِفُوا إِلاَّ وَأَنْتُمْ صَادِقُونَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Atalarınıza and içməyin! Analarınıza and içməyin! Bütlərə and içməyin! Yalnız Allaha and için və yalnız doğru danışdığınız halda and için (yalandan and içməyin)!””

Əbu Hureyra
SəhihNəsəi, 3769 (Andlar, 9)

Fəsil 7

İslam dinindən başqa bir dində olmağa and içmək

الْحَلِفُ بِمِلَّةٍ سِوَى الإِسْلاَمِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ خَالِدٍ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ ثَابِتِ بْنِ الضَّحَّاكِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى الإِسْلاَمِ كَاذِبًا فَهُوَ كَمَا قَالَ - قَالَ قُتَيْبَةُ ، فِي حَدِيثِهِ : مُتَعَمِّدًا ، وَقَالَ يَزِيدُ : كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَمَنْ قَتَلَ نَفْسَهُ بِشَيْءٍ عَذَّبَهُ اللَّهُ بِهِ فِي نَارِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Sabir ibn əd-Dahhak ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalandan İslamdan başqa bir dində olduğuna and içərsə, onun dediyi kimi olar”. Quteybə rəvayət etdiyi hədisdə “bilə-bilə and içərsə” deyilir. Yəzidin hədisində deyilir: “Yalandan and içərsə, onun dediyi kimi olar. Kim də özünü bir şey ilə öldürərsə, Allah Cəhənnəmdə ona eyni şey ilə əzab verər”.”

Sabit ibn əd-Dahhak
SəhihNəsəi, 3770 (Andlar, 10)

أَخْبَرَنِي مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَمْرٍو ، عَنْ يَحْيَى أَنَّهُ حَدَّثَهُ ، قَالَ : حَدَّثَنِي أَبُو قِلاَبَةَ ، قَالَ : حَدَّثَنِي ثَابِتُ بْنُ الضَّحَّاكِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى الإِسْلاَمِ كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَمَنْ قَتَلَ نَفْسَهُ بِشَيْءٍ عُذِّبَ بِهِ فِي الآخِرَةِ.

“Sabit ibn əd-Dahhak ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalandan İslamdan başqa bir dində olduğuna and içərsə, onun dediyi kimi olar. Kim də özünü bir şeylə öldürərsə, Axirətdə həmin şeylə ona əzab verilər”.”

Sabit ibn əd-Dahhak
SəhihNəsəi, 3771 (Andlar, 11)

Fəsil 8

İslamdan uzaq olmağa and içmək

الْحَلِفُ بِالْبَرَاءَةِ مِنَ الإِسْلاَمِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ حُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ قَالَ : إِنِّي بَرِيءٌ مِنَ الإِسْلاَمِ ، فَإِنْ كَانَ كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَإِنْ كَانَ صَادِقًا لَمْ يَعُدْ إِلَى الإِسْلاَمِ سَالِمًا.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim: “Mən İslamdan uzağam”, - deyər və bu sözündə yalançı olarsa, onun dediyi kimi olar. Əgər bu sözündə dürüst olarsa, bir daha salamatlıqla İslam dininə qayıda bilməz”.”

Abdullah ibn Bureydə atasından
SəhihNəsəi, 3772 (Andlar, 12)

Fəsil 9

Kəbəyə and içmək

الْحَلِفُ بِالْكَعْبَةِ

أَخْبَرَنَا يُوسُفُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ مَعْبَدِ بْنِ خَالِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَسَارٍ ، عَنْ قُتَيْلَةَ ، امْرَأَةٍ مِنْ جُهَيْنَةَ : أَنَّ يَهُودِيًّا أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّكُمْ تُنَدِّدُونَ ، وَإِنَّكُمْ تُشْرِكُونَ تَقُولُونَ : مَا شَاءَ اللَّهُ وَشِئْتَ ، وَتَقُولُونَ : وَالْكَعْبَةِ ، فَأَمَرَهُمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِذَا أَرَادُوا أَنْ يَحْلِفُوا أَنْ يَقُولُوا : وَرَبِّ الْكَعْبَةِ ، وَيَقُولُونَ : مَا شَاءَ اللَّهُ ، ثُمَّ شِئْتَ.

“Cuheynə tayfasından olan Quteybə ﵂ adlı bir qadın rəvayət edir ki, bir dəfə bir yəhudi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Siz Allaha şəriklər qoşaraq: “Allah və sən istəsən” və “Kəbəyə and olsun!”, - deyirsiniz”. Bundan sonra Peyğəmbər ﷺ kim and içmək istəsə, “Kəbənin Rəbbinə and olsun!” və “Allah, sonra sən istəsən”, - deməyi əmr etdi.”

Quteylə
SəhihNəsəi, 3773 (Andlar, 13)

Fəsil 10

Tağutlara and içmək

الْحَلِفُ بِالطَّوَاغِيتِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا هِشَامٌ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تَحْلِفُوا بِآبَائِكُمْ وَلاَ بِالطَّوَاغِيتِ.

“Abdur-Rahmən ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Atalarınıza və tağutlara and içməyin!””

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3774 (Andlar, 14)

Fəsil 11

Lat bütünə and içmək

الْحَلِفُ بِاللاَّتِ

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ مِنْكُمْ فَقَالَ : بِاللاَّتِ ، فَلْيَقُلْ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَمَنْ قَالَ لِصَاحِبِهِ : تَعَالَ أُقَامِرْكَ ، فَلْيَتَصَدَّقْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim “Lata and olsun!” desə, “Lə iləhə illəllah” desin. Kim də dostuna “Gəl qumar oynayaq!” desə, sədəqə versin!””

Əbu Hureyra
SəhihNəsəi, 3775 (Andlar, 15)

Fəsil 12

Lat və Uzza bütlərinə and içmək

الْحَلِفُ بِاللاَّتِ وَالْعُزَّى

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا نَذْكُرُ بَعْضَ الأَمْرِ وَأَنَا حَدِيثُ عَهْدٍ بِالْجَاهِلِيَّةِ فَحَلَفْتُ بِاللاَّتِ وَالْعُزَّى ، فَقَالَ لِي أَصْحَابُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : بِئْسَ مَا قُلْتَ : ائْتِ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبِرْهُ ، فَإِنَّا لاَ نَرَاكَ إِلاَّ قَدْ كَفَرْتَ ، فَأَتَيْتُهُ فَأَخْبَرْتُهُ ، فَقَالَ لِي : قُلْ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، ثَلاَثَ مَرَّاتٍ ، وَتَعَوَّذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ ، ثَلاَثَ مَرَّاتٍ ، وَاتْفُلْ عَنْ يَسَارِكَ ، ثَلاَثَ مَرَّاتٍ ، وَلاَ تَعُدْ لَهُ.

“Musab ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz bəzi məsələlər haqda danışırdıq. Mən də cahiliyyətdən yeni çıxmışdım. Bu arada Lat və Uzzaya and içdim. Peyğəmbərin ﷺ yanımda olan səhabələri mənə dedilər: “Sən pis söz dedin! Get, Allah Elçisinə ﷺ bu məsələni de, çünki biz sənin kafir olduğunu zənn edirik”. Mən də gedib məsələni Allah Elçisinə ﷺ danışdım. O buyurdu: “Üç dəfə “Lə iləhə illəllah, vahdəhu lə şərikə ləh! (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! O Təkdir və Onun şəriki yoxdur!) de! Üç dəfə şeytandan Allaha sığın və üç dəfə də sol tərəfinə tüpür və bir daha belə şey demə!””

Musab ibn Səd atasından
ZəifNəsəi, 3776 (Andlar, 16)

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنِي مُصْعَبُ بْنُ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : حَلَفْتُ بِاللاَّتِ وَالْعُزَّى ، فَقَالَ لِي أَصْحَابِي : بِئْسَ مَا قُلْتَ : قُلْتَ هُجْرًا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : قُلْ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، وَانْفُثْ عَنْ يَسَارِكَ ، ثَلاَثًا ، وَتَعَوَّذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ ، ثُمَّ لاَ تَعُدْ.

“Musab ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Lat və Uzzaya and içdim və yoldaşlarım mənə dedilər: “Sən pis söz dedin! İşləri korladın”. Mən gedib məsələni Allah Elçisinə ﷺ danışdım. O buyurdu: “De: “Lə iləhə illəllah, vahdəhu lə şərikə ləh, ləhul-mulk və ləhul-həmd və huvə alə kulli şey in qadir!” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! O Təkdir və Onun şəriki yoxdur! Mülk və həmd Ona məxsusdur! O, hər şeyə qadirdir!) de! Sonra üç dəfə sol tərəfinə tüpür, şeytandan Allaha sığın və bir daha belə şey demə!””

Musab ibn Səd atasından
ZəifNəsəi, 3777 (Andlar, 17)

Fəsil 13

Andı pozmamaq

إِبْرَارُ الْقَسَمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الأَشْعَثِ بْنِ سُلَيْمٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ سُوَيْدِ بْنِ مُقَرِّنٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : أَمَرَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِسَبْعٍ : أَمَرَنَا بِاتِّبَاعِ الْجَنَائِزِ ، وَعِيَادَةِ الْمَرِيضِ ، وَتَشْمِيتِ الْعَاطِسِ ، وَإِجَابَةِ الدَّاعِي ، وَنَصْرِ الْمَظْلُومِ ، وَإِبْرَارِ الْقَسَمِ ، وَرَدِّ السَّلاَمِ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə yeddi şeyi - cənazəni müşayiət etməyi, xəstəni ziyarət etməyi, asqırıb “əlhəmdulilləh” deyənə “yərhəmukəllah” deməyi, dəvəti qəbul etməyi, məzluma kömək etməyi, andı pozmamağı və salamı qaytarmağı əmr etdi”.”

Bəra ibn Azib
SəhihNəsəi, 3778 (Andlar, 18)

Fəsil 14

Bir şeyi etməyəcəyinə and içib daha xeyirli şeylə rastlaşan

مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَرَأَى غَيْرَهَا خَيْرًا مِنْهَا

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَبِي السَّلِيلِ ، عَنْ زَهْدَمٍ ، عَنْ أَبِي مُوسَى ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَا عَلَى الأَرْضِ يَمِينٌ أَحْلِفُ عَلَيْهَا فَأَرَى غَيْرَهَا خَيْرًا مِنْهَا إِلاَّ أَتَيْتُهُ.

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən yer üzündə hər hansı şeyi etməyə and içsəm, sonra başqa bir şeyin ondan daha xeyirli olduğunu görsəm, onu edərəm”.”

Əbu Musa
SəhihNəsəi, 3779 (Andlar, 19)

Fəsil 15

Andı pozmadan bu andın kəffarəsini vermək

الْكَفَّارَةُ قَبْلَ الْحِنْثِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي رَهْطٍ مِنَ الأَشْعَرِيِّينَ نَسْتَحْمِلُهُ ، فَقَالَ : وَاللَّهِ لاَ أَ حْمِلُكُمْ ، وَمَا عِنْدِي مَا أَحْمِلُكُمْ ، ثُمَّ لَبِثْنَا مَا شَاءَ اللَّهُ ، فَأُتِيَ بِإِبِلٍ فَأَمَرَ لَنَا بِثَلاَثِ ذَوْدٍ ، فَلَمَّا انْطَلَقْنَا قَالَ بَعْضُنَا لِبَعْضٍ : لاَ يُبَارِكُ اللَّهُ لَنَا ، أَتَيْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَسْتَحْمِلُهُ فَحَلَفَ أَنْ لاَ يَحْمِلَنَا ، قَالَ أَبُو مُوسَى : فَأَتَيْنَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرْنَا ذَلِكَ لَهُ فَقَالَ : مَا أَنَا حَمَلْتُكُمْ بَلِ اللَّهُ حَمَلَكُمْ ، إِنِّي وَاللَّهِ لاَ أَحْلِفُ عَلَى يَمِينٍ فَأَرَى غَيْرَهَا خَيْرًا مِنْهَا ، إِلاَّ كَفَّرْتُ عَنْ يَمِينِي وَأَتَيْتُ الَّذِي هُوَ خَيْرٌ.

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Əşari tayfasından bir dəstə ilə Allah Elçisinin ﷺ yanına gəlib ondan minik istədik. Allah Elçisi ﷺ buyurdu: “Vallahi, sizi bir şeyə mindirə biləməyəcəyəm, çünki sizin üçün miniyim yoxdur”. Biz Allahın istədiyi müddət qədər onun yanında qaldıq. Ona dəvələr gətirildikdə bizə üç dəvə verilməsini əmr etdi. Oradan uzaqlaşdıqda yoldaşlarımızdan biri dedi: “Allah bu dəvəni bizə bərəkətli etməz, çünki biz Allah Elçisindən ﷺ minik istədik, o isə (minik olmadığına görə) bizə verməyəcəyinə and içdi”. Əbu Musa deyir: “Bundan sonra biz Peyğəmbərin yanına gəldik və vəziyyəti ona danışdıq. O buyurdu: “Dəvələri sizə mən vermədim, Allah verdi. Vallahi, bir şeyə and içdikdən sonra başqa bir şeyin daha xeyirli olduğunu görsəm, andıma kəffarə verər və daha xeyirli olana gedərəm”.”

Əbu Musa əl-Əşari
SəhihNəsəi, 3780 (Andlar, 20)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَرَأَى غَيْرَهَا خَيْرًا مِنْهَا فَلْيُكَفِّرْ عَنْ يَمِينِهِ وَلْيَأْتِ الَّذِي هُوَ خَيْرٌ.

“Amr ibn Şueyb ataından və babasından rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər hansı bir işi etməyə and içərsə, lakin başqasının ondan daha xeyirli olduğunu görərsə, andının kəffarəsini versin və xeyirli olan işi yerinə yetirsin”.”

Amr ibn Şueyb atasından və babasından
SəhihNəsəi, 3781 (Andlar, 21)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، عَنْ أَبِيهِ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا حَلَفَ أَحَدُكُمْ عَلَى يَمِينٍ فَرَأَى غَيْرَهَا خَيْرًا مِنْهَا فَلْيُكَفِّرْ عَنْ يَمِينِهِ ، وَلْيَنْظُرِ الَّذِي هُوَ خَيْرٌ فَلْيَأْتِهِ.

“Abdur-Rahmən ibn Səmura ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz hər hansı bir işi etməyə and içərsə, lakin başqasının ondan daha xeyirli olduğunu görərsə, andının kəffarəsini versin və xeyirli olan işi yerinə yetirsin”.”

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3782 (Andlar, 22)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا جَرِيرُ بْنُ حَازِمٍ ، قَالَ : سَمِعْتُ الْحَسَنَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَمُرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا حَلَفْتَ عَلَى يَمِينٍ فَكَفِّرْ عَنْ يَمِينِكَ ، ثُمَّ ائْتِ الَّذِي هُوَ خَيْرٌ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər hansı bir işi etməyə and içsən, andının kəffarəsini ver və xeyirli olan işi yerinə yetir”.”

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3783 (Andlar, 23)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى الْقُطَعِيُّ ، عَنْ عَبْدِ الأَعْلَى ، - وَذَكَرَ كَلِمَةً مَعْنَاهَا - حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِذَا حَلَفْتَ عَلَى يَمِينٍ فَرَأَيْتَ غَيْرَهَا خَيْرًا مِنْهَا فَكَفِّرْ عَنْ يَمِينِكَ ، وَأْتِ الَّذِي هُوَ خَيْرٌ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər hansı bir işi etməyə and içsən, lakin başqasını ondan daha xeyirli olduğunu görsən, andının kəffarəsini ver və xeyirli olan işi yerinə yetir”.”

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3784 (Andlar, 24)

Fəsil 16

Andı pozduqdan sonra bu andın kəffarəsini vermək

الْكَفَّارَةُ بَعْدَ الْحِنْثِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عَمْرٍو ، مَوْلَى الْحَسَنِ بْنِ عَلِيٍّ يُحَدِّثُ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَرَأَى غَيْرَهَا خَيْرًا مِنْهَا فَلْيَأْتِ الَّذِي هُوَ خَيْرٌ ، وَلْيُكَفِّرْ عَنْ يَمِينِهِ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər hansı bir işi etməyə and içər, lakin başqa işin ondan daha xeyirli olduğunu görərsə, xeyirli olan işi yerinə yetirsin və pozduğu andın kəffarəsini versin”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 3785 (Andlar, 25)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَيَّاشٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ رُفَيْعٍ ، عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَرَأَى غَيْرَهَا خَيْرًا مِنْهَا فَلْيَدَعْ يَمِينَهُ وَلْيَأْتِ الَّذِي هُوَ خَيْرٌ ، وَلْيُكَفِّرْهَا.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər hansı bir işi etməyə and içər, lakin başqa işin ondan daha xeyirli olduğunu görərsə, andını tərk edib xeyirli olan işi yerinə yetirsin və andın kəffarəsini versin”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 3786 (Andlar, 26)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الْعَزِيزِ بْنُ رُفَيْعٍ ، قَالَ : سَمِعْتُ تَمِيمَ بْنَ طَرَفَةَ ، يُحَدِّثُ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَرَأَى خَيْرًا مِنْهَا فَلْيَأْتِ الَّذِي هُوَ خَيْرٌ ، وَلْيَتْرُكْ يَمِينَهُ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər hansı bir işi etməyə and içər, lakin başqa işin ondan daha xeyirli olduğunu görərsə, xeyirli olan işi yerinə yetirsin və andını tərk etsin”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 3787 (Andlar, 27)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو الزَّعْرَاءِ ، عَنْ عَمِّهِ أَبِي الأَحْوَصِ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ ابْنَ عَمٍّ لِي أَتَيْتُهُ أَسْأَلُهُ فَلاَ يُعْطِينِي وَلاَ يَصِلُنِي ، ثُمَّ يَحْتَاجُ إِلَيَّ فَيَأْتِينِي فَيَسْأَلُنِي ، وَقَدْ حَلَفْتُ أَنْ لاَ أُعْطِيَهُ وَلاَ أَصِلَهُ ، فَأَمَرَنِي أَنْ آتِيَ الَّذِي هُوَ خَيْرٌ ، وَأُكَفِّرَ عَنْ يَمِينِي.

“Rəvayət edilir ki, Əbul-Əhvasın əmisi ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, əmimin bir oğlu var. Gedib ondan bəzi şeylər istədikdə mənə istədiyimi vermir və mənimlə maraqlanmır, sonra da ehtiyacı olanda gəlib məndən istəyir. Mən də ona bir şey verməməyə və onunla maraqlanmamağa and içdim. Allah Elçisi ﷺ mənə daha xeyirli olanı etməyimi və andımı pozub kəffarə verməyimi əmr etdi”.”

Əbul-Əhvas atasından
SəhihNəsəi, 3788 (Andlar, 28)

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، وَيُونُسُ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، قَالَ : قَالَ لِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا آلَيْتَ عَلَى يَمِينٍ فَرَأَيْتَ غَيْرَهَا خَيْرًا مِنْهَا فَأْتِ الَّذِي هُوَ خَيْرٌ ، وَكَفِّرْ عَنْ يَمِينِكَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə buyurdu: “Bir işi etməyə and içsən, lakin başqa bir işin ondan daha xeyirli olduğunu görsən, xeyirli olan işi yerinə yetir və andın üçün kəffarə ödə!””

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3789 (Andlar, 29)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، قَالَ : قَالَ - يَعْنِي - رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا حَلَفْتَ عَلَى يَمِينٍ فَرَأَيْتَ غَيْرَهَا خَيْرًا مِنْهَا فَأْتِ الَّذِي هُوَ خَيْرٌ مِنْهَا ، وَكَفِّرْ عَنْ يَمِينِكَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir işi etməyə and içsən, lakin başqasının ondan daha xeyirli olduğunu görsən, xeyirli olan işi yerinə yetir və andın üçün kəffarə ödə!””

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3790 (Andlar, 30)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ فِي حَدِيثِهِ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْحَسَنِ الْبَصْرِيِّ ، قَالَ عَبْدُ الرَّحْمَنِ بْنُ سَمُرَةَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِذَا حَلَفْتَ عَلَى يَمِينٍ فَرَأَيْتَ غَيْرَهَا خَيْرًا مِنْهَا فَأْتِ الَّذِي هُوَ خَيْرٌ ، وَكَفِّرْ عَنْ يَمِينِكَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə buyurdu: “Bir işi etməyə and içsən, lakin başqasının ondan daha xeyirli olduğunu görsən, xeyirli olan işi yerinə yetir və andın üçün kəffarə ödə!””

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3791 (Andlar, 31)

Fəsil 17

Özündə olmayan bir şeyə görə and içmək

الْيَمِينُ فِيمَا لاَ يَمْلِكُ

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ وَلاَ يَمِينَ فِيمَا لاَ تَمْلِكُ ، وَلاَ فِي مَعْصِيَةٍ وَلاَ قَطِيعَةِ رَحِمٍ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ belə rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sənin olmayan bir şeyi nə nəzir etmək, nə də ki, ona görə and içmək olar. Günah işi etmək və qohumluq əlaqələrini kəsməyə görə də and içmək olmaz”.”

Amr ibn Şueyb atasından və babasından
SəhihNəsəi, 3792 (Andlar, 32)

Fəsil 18

İstisna edərək and içmək

مَنْ حَلَفَ فَاسْتَثْنَى

أَخْبَرَنِي أَحْمَدُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ حَلَفَ فَاسْتَثْنَى فَإِنْ شَاءَ مَضَى ، وَإِنْ شَاءَ تَرَكَ غَيْرَ حَنِثٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kəs “Allah istəsə, belə edəcəyəm” deyərək and içərsə, istəsə, o şeyi edər, istəsə də, o şeyi etməz. Bununla o, andını pozmuş olmaz”.”

İbn Ömər
SəhihNəsəi, 3793 (Andlar, 33)

Fəsil 19

And içməyə niyyət etmək

النِّيَّةُ فِي الْيَمِينِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُلَيْمَانُ بْنُ حَيَّانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ بْنِ وَقَّاصٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّمَا الأَعْمَالُ بِالنِّيَّةِ ، وَإِنَّمَا لاِمْرِئٍ مَا نَوَى ، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ ، فَهِجْرَتُهُ إِلَى اللهِ وَرَسُولِهِ ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا ، أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا ، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əməllər yalnız niyyətlərə görədir. Hər kəsə də ancaq niyyət etdiyi şey qalacaq. Kim hicrəti Allah və Onun Elçisi üçündürsə, onun hicrəti Allaha və Onun Elçisinədir. Kimin də hicrəti əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin razı olması üçün deyil) hicrət etdiyi şeyə aiddir”.”

Ömər ibn əl-Xattab
SəhihNəsəi, 3794 (Andlar, 34)

Fəsil 20

Allahın halal etdiyi bir şeyi haram etmək

تَحْرِيمُ مَا أَحَلَّ اللَّهُ عَزَّ وَجَلَّ

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : زَعَمَ عَطَاءٌ ، أَنَّهُ سَمِعَ عُبَيْدَ بْنَ عُمَيْرٍ ، يَقُولُ : سَمِعْتُ عَائِشَةَ ، تَزْعُمُ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَمْكُثُ عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ فَيَشْرَبُ عِنْدَهَا عَسَلاً ، فَتَوَاصَيْتُ أَنَا وَحَفْصَةُ أَنَّ أَيَّتُنَا دَخَلَ عَلَيْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلْتَقُلْ : إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ ، أَكَلْتَ مَغَافِيرَ ؟ فَدَخَلَ عَلَى إِحْدَاهُمَا فَقَالَتْ ذَلِكَ لَهُ ، فَقَالَ : لاَ ، بَلْ شَرِبْتُ عَسَلاً عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ وَلَنْ أَعُودَ لَهُ ، فَنَزَلَتْ : {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} - إِلَى - {إِنْ تَتُوبَا إِلَى اللَّهِ} عَائِشَةُ وَحَفْصَةُ {وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا} لِقَوْلِهِ : بَلْ شَرِبْتُ عَسَلاً.

“Rəvayət edilir ki, Ubeyd ibn Umeyr ﵀ demişdir: “Mən Aişənin belə dediyini eşitdim: “Peyğəmbər ﷺ Zeynəb bint Cəhşin yanında qaldıqda bal şərbəti içirdi. Bir gün mən Həfsa ilə məsləhətləşərək belə qərara gəldik ki, Peyğəmbər ﷺ hər birimizin yanına gəldikdə ona: “Səndən məğafir iyi gəldiyini hiss edirəm, sən məğafir yemisən?”, - deyək. Peyğəmbər ﷺ onlardan birinin yanına daxil olduqda zövcəsi bunu ona dedi. O isə: “Xeyr, mən sadəcə Zeynəb bint Cəhşin yanında qaldıqda bal içmişəm və bir daha buna qayıtmaram”, - deyə cavab verdi. Uca Allah da bu ayələri nazil etdi: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi” - “Mən bal içmişəm”, - dedi - “O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: ”Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də” - Aişə və Həfsa - “Allaha tövbə etsəniz, yaxşı olar...”. (ət-Təhrim, 1-4)”.”

Ubeyd ibn Umeyr
SəhihNəsəi, 3795 (Andlar, 35)

Fəsil 21

Sirkə ilə çörək yeməməyə and içib, sonra ondan yemək

إِذَا حَلَفَ أَنْ لاَ يَأْتَدِمَ فَأَكَلَ خُبْزًا بِخَلٍّ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا الْمُثَنَّى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ نَافِعٍ ، عَنْ جَابِرٍ ، قَالَ : دَخَلْتُ مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْتَهُ فَإِذَا فِلَقٌ وَخَلٌّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : كُلْ ، فَنِعْمَ الإِدَامُ الْخَلُّ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ ilə birlikdə onun evinə getmişdik. Orada çörək və sirkə var idi. Allah Elçisi ﷺ buyurdu: “Ye! Sirkə gözəl bir yeməkdir”.”

Cabir
SəhihNəsəi, 3796 (Andlar, 36)

Fəsil 22

Qəlbində həqiqi and niyyəti olmadan and içən şəxsin andı və yalan danışması haqda

فِي الْحَلِفِ وَالْكَذِبِ لِمَنْ لَمْ يَعْتَقِدِ الْيَمِينَ بِقَلْبِهِ

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نُسَمَّى السَّمَاسِرَةَ ، فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ نَبِيعُ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ اسْمِنَا فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، إِنَّ هَذَا الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوا بَيْعَكُمْ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Bizə simsar deyilirdi. Allah Elçisi ﷺ bizim yanımıza gəldi və biz alış-veriş edərkən bizə daha xeyirli adla xitab edərək buyurdu: “Ey tacirlər! Etdiyiniz bu alış-verişə and və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
SəhihNəsəi, 3797 (Andlar, 37)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ ، وَعَاصِمٌ ، وَجَامِعٌ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نَبِيعُ بِالْبَقِيعِ فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَكُنَّا نُسَمَّى السَّمَاسِرَةَ ، فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ اسْمِنَا ، ثُمَّ قَالَ : إِنَّ هَذَا الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوهُ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz “əl-Baqi” deyilən yerdə alış-veriş edərdik və bizə simsarlar deyilərdi. Allah Elçisi ﷺ bizim yanımıza gəlidi və: “Ey tacirlər!” deyərək bizə daha xeyirli adla xitab etdi və buyurdu: “Bu ticarətinizə and və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
SəhihNəsəi, 3798 (Andlar, 38)

Fəsil 23

Boş şeylər və yalan danışmaq

فِي اللَّغْوِ وَالْكَذِبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُغِيرَةَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : أَتَانَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَنَحْنُ فِي السُّوقِ ، فَقَالَ : إِنَّ هَذِهِ السُّوقَ يُخَالِطُهَا اللَّغْوُ وَالْكَذِبُ ، فَشُوبُوهَا بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz bazarda olarkən Peyğəmbər ﷺ bizim yanımıza gəldi və buyurdu: “Bu bazarda ticarətinizə boş şeylər və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
SəhihNəsəi, 3799 (Andlar, 39)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، وَمُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالاَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا بِالْمَدِينَةِ نَبِيعُ الأَوْسَاقَ وَنَبْتَاعُهَا ، وَكُنَّا نُسَمِّي أَنْفُسَنَا السَّمَاسِرَةَ وَيُسَمِّينَا النَّاسُ ، فَخَرَجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ الَّذِي سَمَّيْنَا أَنْفُسَنَا وَسَمَّانَا النَّاسُ ، فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، إِنَّهُ يَشْهَدُ بَيْعَكُمُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوهُ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz Mədinədə olan bazarda alış-veriş edərdik. Bir gün Allah Elçisi ﷺ bizim yanımıza gəldi və insanların bizə verdiyi addan daha xeyirli adla müraciət edərək buyurdu: “Ey tacirlər toplumu! Sizin ticarətinizə yalan danışmaq və and qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
SəhihNəsəi, 3800 (Andlar, 40)

Fəsil 24

Nəzir deməyin qadağan olunması

النَّهْيُ عَنِ النَّذْرِ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، قَالَ : أَخْبَرَنِي مَنْصُورٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنِ النَّذْرِ ، وَقَالَ : إِنَّهُ لاَ يَأْتِي بِخَيْرٍ ، إِنَّمَا يُسْتَخْرَجُ بِهِ مِنَ الْبَخِيلِ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ nəzir etməyi qadağan edərək buyurdu: “Nəzir heç bir xeyir gətirmir, sadəcə onun vasitəsilə simic adamdan mal çıxır”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 3801 (Andlar, 41)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ النَّذْرِ وَقَالَ : إِنَّهُ لاَ يَرُدُّ شَيْئًا ، إِنَّمَا يُسْتَخْرَجُ بِهِ مِنَ الشَّحِيحِ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ nəzir etməyi qadağan edərək buyurdu: “Nəzir heç bir şeyin qarşısını almır, sadəcə simic adamdan mal çıxır”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 3802 (Andlar, 42)

Fəsil 25

Nəzir etmək bir şeyi nə tezləşdirir, nə də gecikdirir

النَّذْرُ لاَ يُقَدِّمُ شَيْئًا وَلاَ يُؤَخِّرُهُ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : النَّذْرُ لاَ يُقَدِّمُ شَيْئًا وَلاَ يُؤَخِّرُهُ ، إِنَّمَا هُوَ شَيْءٌ يُسْتَخْرَجُ بِهِ مِنَ الشَّحِيحِ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Nəzir bir şeyi nə tezləşdirir, nə də gecikdirir. Sadəcə nəzir vasitəsilə simic adamdan mal çıxarılır”.”

İbn Ömər
SəhihNəsəi, 3803 (Andlar, 43)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَأْتِي النَّذْرُ عَلَى ابْنِ آدَمَ شَيْئًا لَمْ أُقَدِّرْهُ عَلَيْهِ ، وَلَكِنَّهُ شَيْءٌ اسْتُخْرِجَ بِهِ مِنَ الْبَخِيلِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nəzir etmək Adəm övladına təqdir olunmayan heç bir şeyi nəsib etmir, sadəcə nəzir vasitəsilə simic adamdan mal çıxarılır”.”

Əbu Hureyra
SəhihNəsəi, 3804 (Andlar, 44)

Fəsil 26

Nəzir vasitəsilə simic adamdan mal çıxarılır

النَّذْرُ يُسْتَخْرَجُ بِهِ مِنَ الْبَخِيلِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنِ الْعَلاَءِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تَنْذِرُوا فَإِنَّ النَّذْرَ لاَ يُغْنِي مِنَ الْقَدَرِ شَيْئًا ، وَإِنَّمَا يُسْتَخْرَجُ بِهِ مِنَ الْبَخِيلِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nəzir etməyin, çünki nəzir qədəri dəyişmir. Onun vasitəsilə simic adamdan mal çıxarılır”.”

Əbu Hureyra
SəhihNəsəi, 3805 (Andlar, 45)

Fəsil 27

İtaət üçün nəzir etmək

النَّذْرُ فِي الطَّاعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ طَلْحَةَ بْنِ عَبْدِ الْمَلِكِ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ نَذَرَ أَنْ يُطِيعَ اللَّهَ فَلْيُطِعْهُ ، وَمَنْ نَذَرَ أَنْ يَعْصِيَ اللَّهَ فَلاَ يَعْصِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allaha itaət etməyi nəzir etmişsə, Allaha itaət etsin. Kim də Allaha asilik etməyi nəzir etmişsə, Allaha üsyan etməsin”.”

Aişə
SəhihNəsəi, 3806 (Andlar, 46)

Fəsil 28

Asi olmaq üçün nəzir etmək

النَّذْرُ فِي الْمَعْصِيَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، قَالَ : حَدَّثَنِي طَلْحَةُ بْنُ عَبْدِ الْمَلِكِ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ نَذَرَ أَنْ يُطِيعَ اللَّهَ فَلْيُطِعْهُ ، وَمَنْ نَذَرَ أَنْ يَعْصِيَ اللَّهَ فَلاَ يَعْصِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allaha itaət etməyi nəzir etmişsə, Allaha itaət etsin. Kim də Allaha asilik etməyi nəzir etmişsə, Allaha üsyan etməsin”.”

Aişə
SəhihNəsəi, 3807 (Andlar, 47)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ طَلْحَةَ بْنِ عَبْدِ الْمَلِكِ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ نَذَرَ أَنْ يُطِيعَ اللَّهَ فَلْيُطِعْهُ ، وَمَنْ نَذَرَ أَنْ يَعْصِيَ اللَّهَ فَلاَ يَعْصِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allaha itaət etməyi nəzir etmişsə, Allaha itaət etsin. Kim də Allaha asilik etməyi nəzir etmişsə, Allaha üsyan etməsin”.”

Aişə
SəhihNəsəi, 3808 (Andlar, 48)

Fəsil 29

Nəzirə vəfa etmək

الْوَفَاءُ بِالنَّذْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي جَمْرَةَ ، عَنْ زَهْدَمٍ ، قَالَ : سَمِعْتُ عِمْرَانَ بْنَ حُصَيْنٍ ، يَذْكُرُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : خَيْرُكُمْ قَرْنِي ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ - فَلاَ أَدْرِي أَذَكَرَ مَرَّتَيْنِ بَعْدَهُ أَوْ ثَلاَثًا ، ثُمَّ ذَكَرَ قَوْمًا يَخُونُونَ وَلاَ يُؤْتَمَنُونَ ، وَيَشْهَدُونَ وَلاَ يُسْتَشْهَدُونَ ، وَيُنْذِرُونَ وَلاَ يُوفُونَ ، وَيَظْهَرُ فِيهِمُ السِّمَنُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا نَصْرُ بْنُ عِمْرَانَ أَبُو جَمْرَةَ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ən xeyirliləriniz mənim dövrümdə yaşayanlar, sonra onlardan sonra olanlar, sonra onlardan sonra olanlar, sonra da onlardan sonra olanlardır”. Ravi deyir: “Bilmədim, o bunu iki, yoxsa üç dəfə dedi. Sonra gələcəkdə olacaq bir toplum haqda bəhs edərək buyurdu: “Onlar xainlik edəcəklər və onlara etibar edilməyəcəkdir. Onlardan şahidlik istənilmədən şahidlik edəcəklər. Nəzir edəcəklər, lakin ona vəfa etməyəcəklər (onu yerinə yetirməyəcəklər). Onların arasında köklük geniş yayılacaqdır”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3809 (Andlar, 49)

Fəsil 30

Allah xatirinə görə olmayan nəziri etmək

النَّذْرُ فِيمَا لاَ يُرَادُ بِهِ وَجْهُ اللَّهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي سُلَيْمَانُ الأَحْوَلُ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِرَجُلٍ يَقُودُ رَجُلاً فِي قَرَنٍ ، فَتَنَاوَلَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَطَعَهُ ، قَالَ : إِنَّهُ نَذْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bir kişinin başqa bir kişinin boynuna ip taxıb apardığını gördü və o ipi qopartdı. Boynunda ip olan adam dedi: “Bu, nəzirdir”.”

İbn Abbas
SəhihNəsəi, 3810 (Andlar, 50)

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي سُلَيْمَانُ الأَحْوَلُ ، أَنَّ طَاوُوسًا ، أَخْبَرَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَرَّ بِرَجُلٍ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ يَقُودُهُ إِنْسَانٌ بِخِزَامَةٍ فِي أَنْفِهِ ، فَقَطَعَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ أَمَرَهُ أَنْ يَقُودَهُ بِيَدِهِ قَالَ ابْنُ جُرَيْجٍ : وَأَخْبَرَنِي سُلَيْمَانُ ، أَنَّ طَاوُوسًا ، أَخْبَرَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ وَإِنْسَانٌ قَدْ رَبَطَ يَدَهُ بِإِنْسَانٍ آخَرَ بِسَيْرٍ ، أَوْ خَيْطٍ ، أَوْ بِشَيْءٍ غَيْرِ ذَلِكَ ، فَقَطَعَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ قَالَ : قُدْهُ بِيَدِكَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bir kişinin başqa bir kişinin boynuna ip taxıb Kəbəni təvaf etdirdiyini gördü. Peyğəmbər ﷺ o ipi qopartdı və onun əlindən tutaraq Kəbəni təvaf etməsini əmr etdi”. ...Ravi Tavus demişdir: “İbn Abbas rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Kəbəni təvaf edən iki insanın yanından keçirdi. Onlardan biri digərinin əlinə ip, yaxud başqa bir şey bağlayıb onu təvaf etdirirdi. Peyğəmbər ﷺ o ipi qopartdı və buyurdu: “Onun əlindən tutaraq təvaf etdir!””

İbn Abbas
SəhihNəsəi, 3811 (Andlar, 51)

Fəsil 31

Sahibi olmadığı şeyə nəzir etmək

النَّذْرُ فِيمَا لاَ يَمْلِكُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ ، قَالَ : حَدَّثَنَا أَبُو قِلاَبَةَ ، عَنْ عَمِّهِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةِ اللهِ ، وَلاَ فِيمَا لاَ يَمْلِكُ ابْنُ آدَمَ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allaha asilik etməyi və adamın sahibi olmadığı bir şeyi nəzir etmək olmaz”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3812 (Andlar, 52)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ ثَابِتِ بْنِ الضَّحَّاكِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى مِلَّةِ الإِسْلاَمِ كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَمَنْ قَتَلَ نَفْسَهُ بِشَيْءٍ فِي الدُّنْيَا عُذِّبَ بِهِ يَوْمَ الْقِيَامَةِ ، وَلَيْسَ عَلَى رَجُلٍ نَذْرٌ فِيمَا لاَ يَمْلِكُ.

“Rəvayət edilir ki, Sabit ibn əd-Dahhak ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalandan İslamdan başqa bir dində olmasına and içərsə, onun dediyi kimi olar. Kim dünyada özünü bir alətlə öldürərsə, Qiyamət günü ona o alətlə əzab verilər. Adamın sahibi olmadığı bir şeyi nəzir etməsi icazəli deyil”.”

Sabit ibn əd-Dahhak
SəhihNəsəi, 3813 (Andlar, 53)

Fəsil 32

Uca Allahın Evinə piyada gəlməyi nəzir edən

مَنْ نَذَرَ أَنْ يَمْشِيَ إِلَى بَيْتِ اللهِ تَعَالَى

أَخْبَرَنِي يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ أَبِي أَيُّوبَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، أَخْبَرَهُ ، أَنَّ أَبَا الْخَيْرِ حَدَّثَهُ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، قَالَ : نَذَرَتْ أُخْتِي أَنْ تَمْشِيَ إِلَى بَيْتِ اللهِ فَأَمَرَتْنِي أَنْ أَسْتَفْتِيَ لَهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاسْتَفْتَيْتُ لَهَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : لِتَمْشِ وَلْتَرْكَبْ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mənim bacım piyada Allahın Evini ziyarət etməyi nəzir etmişdi. Ona görə də bunu Allah Elçisindən ﷺ soruşmağımı istədi. Mən Peyğəmbərdən ﷺ bu haqda soruşduqda o buyurdu: “Həm piyada, həm də miniklə getsin”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 3814 (Andlar, 54)

Fəsil 33

Qadın örtünmədən və ayaqyalın yeriməyə nəzir etdikdə nə olur?

إِذَا حَلَفَتِ الْمَرْأَةُ لِتَمْشِيَ حَافِيَةً غَيْرَ مُخْتَمِرَةٍ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ زَحْرٍ ، وَقَالَ عَمْرٌو : إِنَّ عُبَيْدَ اللهِ بْنَ زَحْرٍ ، أَخْبَرَهُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَالِكٍ ، أَنَّ عُقْبَةَ بْنَ عَامِرٍ ، أَخْبَرَهُ أَنَّهُ سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أُخْتٍ لَهُ نَذَرَتْ أَنْ تَمْشِيَ حَافِيَةً غَيْرَ مُخْتَمِرَةٍ ؟ فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مُرْهَا فَلْتَخْتَمِرْ ، وَلْتَرْكَبْ ، وَلْتَصُمْ ثَلاَثَةَ أَيَّامٍ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ Peyğəmbərdən ﷺ bacısının örtüksüz və piyada gedərək ayaqyalın ziyarət etməyi nəzir etməsi haqda soruşdu. Peyğəmbər ﷺ ona dedi: “Ona de ki, başını örtsün, miniyinə minsin və üç gün oruc tutsun”.”

Uqbə ibn Amir
ZəifNəsəi, 3815 (Andlar, 55)

Fəsil 34

Oruc tutmağı nəzir edib oruc tutmadan vəfat edən

مَنْ نَذَرَ أَنْ يَصُومَ ثُمَّ مَاتَ قَبْلَ أَنْ يَصُومَ

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ الْعَسْكَرِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ شُعْبَةَ ، قَالَ : سَمِعْتُ سُلَيْمَانَ ، يُحَدِّثُ عَنْ مُسْلِمٍ الْبَطِينِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : رَكِبَتِ امْرَأَةٌ الْبَحْرَ فَنَذَرَتْ أَنْ تَصُومَ شَهْرًا فَمَاتَتْ قَبْلَ أَنْ تَصُومَ ، فَأَتَتْ أُخْتُهَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَذَكَرَتْ ذَلِكَ لَهُ ، فَأَمَرَهَا أَنْ تَصُومَ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın gəmiyə minib bir ay oruc tutmağı nəzir etdi, lakin orucunu tutmadan vəfat etdi. Bacısı Peyğəmbərin ﷺ yanına gəlib bu haqda ondan soruşdu. Peyğəmbər ﷺ də onun yerinə bacısının (üç gün) oruc tutmasını əmr etdi”.”

İbn Abbas
SəhihNəsəi, 3816 (Andlar, 56)

Fəsil 35

Nəzir edib vəfat edən

مَنْ مَاتَ وَعَلَيْهِ نَذْرٌ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ سَعْدَ بْنَ عُبَادَةَ اسْتَفْتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ تُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ، فَقَالَ : اقْضِهِ عَنْهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Səd ibn Ubadə anasının nəzir borcunu yerinə yetirmədən vəfat etməsinə görə Allah Elçisindən ﷺ fətva istədi. Allah Elçisi ﷺ buyurdu: “Onun nəzirini sən yerinə yetir!””

İbn Abbas
SəhihNəsəi, 3817 (Andlar, 57)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : اسْتَفْتَى سَعْدُ بْنُ عُبَادَةَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نَذْرٍ كَانَ عَلَى أُمِّهِ فَتُوُفِّيَتْ قَبْلَ أَنْ تَقْضِيَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Səd ibn Ubadə anasının nəzir borcunu yerinə yetirmədən vəfat etməsinə görə Allah Elçisindən ﷺ fətva istədi. Allah Elçisi ﷺ buyurdu: “Onun nəzirini sən yerinə yetir!””

İbn Abbas
SəhihNəsəi, 3818 (Andlar, 58)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، وَهَارُونُ بْنُ إِسْحَاقَ الْهَمْدَانِيُّ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ وَهُوَ ابْنُ عُرْوَةَ ، عَنْ بَكْرِ بْنِ وَائِلٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ سَعْدُ بْنُ عُبَادَةَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا نَذْرٌ فَلَمْ تَقْضِهِ ، قَالَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Səd ibn Ubadə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənim anam nəzir etmişdi, lakin nəzirini yerinə yetirmədən vəfat etdi”. Peyğəmbər ﷺ buyurdu: “Onun nəzirini sən yerinə yetir!””

İbn Abbas
SəhihNəsəi, 3819 (Andlar, 59)

Fəsil 36

İslama girmədən nəzir edən

إِذَا نَذَرَ ثُمَّ أَسْلَمَ قَبْلَ أَنْ يَفِيَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، أَنَّهُ كَانَ عَلَيْهِ لَيْلَةٌ نَذَرَ فِي الْجَاهِلِيَّةِ يَعْتَكِفُهَا ، فَسَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَهُ أَنْ يَعْتَكِفَ.

“Rəvayət edilir ki, Ömər ﵁ İslama girmədən öncə gecə vaxtı cahiliyyət adəti üzrə etikaf etməyə nəzir etmişdi. Bu haqda Allah Elçisinə ﷺ sual verdikdə ona etikaf etməsini əmr etdi.”

Ömər
SəhihNəsəi, 3820 (Andlar, 60)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : كَانَ عَلَى عُمَرَ نَذْرٌ فِي اعْتِكَافِ لَيْلَةٍ فِي الْمَسْجِدِ الْحَرَامِ ، فَسَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَأَمَرَهُ أَنْ يَعْتَكِفَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər İslama girmədən öncə bir gecə Haram Məscidində etikaf etməyə nəzir etmişdi. Bu haqda Allah Elçisinə ﷺ sual verdikdə ona etikaf etməsini əmr etdi”.”

İbn Ömər
SəhihNəsəi, 3821 (Andlar, 61)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّ عُمَرَ كَانَ جَعَلَ عَلَيْهِ يَوْمًا يَعْتَكِفُهُ فِي الْجَاهِلِيَّةِ ، فَسَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَأَمَرَهُ أَنْ يَعْتَكِفَهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Ömər İslama girmədən öncə cahiliyyə adəti üzrə bir gecə etikaf etməyə nəzir etmişdi. Bu haqda Allah Elçisinə ﷺ sual verdikdə ona etikaf etməsini əmr etdi.”

İbn Ömər
SəhihNəsəi, 3822 (Andlar, 62)

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ قَالَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ تِيبَ عَلَيْهِ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَنْخَلِعُ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَرَسُولِهِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : يُشْبِهُ أَنْ يَكُونَ الزُّهْرِيُّ سَمِعَ هَذَا الْحَدِيثَ مِنْ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، وَمِنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْهُ فِي هَذَا الْحَدِيثِ الطَّوِيلِ تَوْبَةُ كَعْبٍ.

“Abdullah ibn Kəb ibn Malik ﵀ rəvayət edir ki, atasının tövbəsi qəbul olunduqda Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, bütün malımı Allah və Onun Elçisi yolunda sədəqə verimmi?” Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”.”

Abdullah ibn Kəb ibn Malik
SəhihNəsəi, 3823 (Andlar, 63)

Fəsil 37

Malını nəzir kimi hədiyyə etdikdə nə olur?

إِذَا أَهْدَى مَالَهُ عَلَى وَجْهِ النَّذْرِ

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، قَالَ : قَالَ ابْنُ شِهَابٍ : فَأَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبٍ ، قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ ، يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، قَالَ : فَلَمَّا جَلَسْتُ بَيْنَ يَدَيْهِ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ فَقُلْتُ : فَإِنِّي أُمْسِكُ سَهْمِي الَّذِي بِخَيْبَرَ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ﵀ demişdir: “Kəb ibn Malik danışır ki, Təbuk döyüşündə iştirak etmədiyimə görə etdiyim tövbə qəbul edildikdə Allah Elçisinin ﷺ qarşısında oturub ona dedim: “Ey Allahın Elçisi, tövbəm qəbul olunduğuna görə bütün malımı Allah və Onun Elçisinə bağışlayıram”. Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”. Mən də dedim: “Onda Xeybərdəki payımı özümə saxlayıram”.”

Abdullah ibn Kəb
SəhihNəsəi, 3824 (Andlar, 64)

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا لَيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي عُقَيْلٌ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبِ بْنِ مَالِكٍ ، قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ ، يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمْسِكْ عَلَيْكَ مَالَكَ فَهُوَ خَيْرٌ لَكَ قُلْتُ : فَإِنِّي أُمْسِكُ عَلَيَّ سَهْمِي الَّذِي بِخَيْبَرَ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ibn Malik ﵀ demişdir: “Kəb ibn Malik danışır ki, Təbuk döyüşündə iştirak etmədiyimə görə etdiyim tövbə qəbul edildikdə mən dedim: “Ey Allahın Elçisi, tövbəm qəbul olunduğuna görə bütün malımı Allah və Onun Elçisinə sədəqə edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”. Mən dedim: “Onda Xeybərdəki payımı özümə saxlayıram”.”

Abdullah ibn Kəb ibn Malik
SəhihNəsəi, 3825 (Andlar, 65)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا مَعْقِلٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، عَنْ عَمِّهِ عُبَيْدِ اللهِ بْنِ كَعْبٍ ، قَالَ : سَمِعْتُ أَبِي كَعْبَ بْنَ مَالِكٍ يُحَدِّثُ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِنَّمَا نَجَّانِي بِالصِّدْقِ ، وَإِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، فَقَالَ : أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ ، قُلْتُ : فَإِنِّي أُمْسِكُ سَهْمِي الَّذِي بِخَيْبَرَ.

“Rəvayət edilir ki, Kəb ibn Malik ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Allah ﷿ məni sadiqliyimə görə xilas etdi və tövbəm qəbul edildi. Ona görə bütün malımı Allah və Onun Elçisinin yolunda sədəqə edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”. Mən dedim: “Onda Xeybərdəki payımı özümə saxlayıram”.”

Kəb ibn Malik
SəhihNəsəi, 3826 (Andlar, 66)

Fəsil 38

Bir şəxs nəzir etdikdə onun öhdəliyində olan torpaq mülkiyyəti də həmin nəzir etdiyi maldan sayılırmı?

هَلْ تَدْخُلُ الأَرْضُونَ فِي الْمَالِ إِذَا نَذَرَ

قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ ، عَنْ أَبِي الْغَيْثِ ، مَوْلَى ابْنِ مُطِيعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَامَ خَيْبَرَ فَلَمْ نَغْنَمْ إِلاَّ الأَمْوَالَ وَالْمَتَاعَ وَالثِّيَابَ ، فَأَهْدَى رَجُلٌ مِنْ بَنِي الضُّبَيْبِ ، يُقَالُ لَهُ : رِفَاعَةُ بْنُ زَيْدٍ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ غُلاَمًا أَسْوَدَ يُقَالُ لَهُ : مِدْعَمٌ ، فَوُجِّهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى وَادِي الْقُرَى حَتَّى إِذَا كُنَّا بِوَادِي الْقُرَى ، بَيْنَا مِدْعَمٌ يَحُطُّ رَحْلَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَجَاءَهُ سَهْمٌ فَأَصَابَهُ فَقَتَلَهُ ، فَقَالَ النَّاسُ : هَنِيئًا لَكَ الْجَنَّةُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : كَلاَّ وَالَّذِي نَفْسِي بِيَدِهِ ، إِنَّ الشَّمْلَةَ الَّتِي أَخَذَهَا يَوْمَ خَيْبَرَ مِنَ الْمَغَانِمِ لَتَشْتَعِلُ عَلَيْهِ نَارًا فَلَمَّا سَمِعَ النَّاسُ بِذَلِكَ جَاءَ رَجُلٌ بِشِرَاكٍ ، أَوْ بِشِرَاكَيْنِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : شِرَاكٌ ، أَوْ شِرَاكَانِ مِنْ نَارٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Xeybərin fəth olunduğu il biz Allah Elçisinin ﷺ yanında idik. Oradan qənimət olaraq ərazi, əşyalar və paltarlar götürmüşdük. Bəni Dubeyb tayfasından olan Rifəa ibn Zeyd adlı bir kişi Allah Elçisinə ﷺ Mid'am adında qaradərili bir kölə hədiyyə etmişdi. Allah Elçisi ﷺ Vadil-Quraya tərəf yola çıxdı. O, Vadil-Quraya çatdıqda Mid'am Allah Elçisinin ﷺ yükünü minikdən aşağı salanda bir ox gəlib ona dəydi və o öldü. İnsanlar: “Sənə müjdə olsun, Cənnətə girəcəksən!”, - dedilər. Amma Allah Elçisi ﷺ buyurdu: “Xeyr! Canım Əlində Olana and olsun ki, Xeybərdən əldə edilən qənimətlərdən (icazəsiz) götürdüyü bir paltar od olaraq onu yandırır”. İnsanlar bunu eşitdikdə aralarında bir və ya iki ayaqqabı bağını gətirib Allah Elçisinə ﷺ verdilər. Allah Elçisi ﷺ buyurdu: “Bir və ya iki ayaqqabı bağı od olub səni yandırardı”.”

Əbu Hureyra
SəhihNəsəi, 3827 (Andlar, 67)

Fəsil 39

İstisna etmək

الاِسْتِثْنَاءُ

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ كَثِيرَ بْنَ فَرْقَدٍ ، حَدَّثَهُ ، أَنَّ نَافِعًا ، حَدَّثَهُمْ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ فَقَالَ : إِنْ شَاءَ اللَّهُ ، فَقَدْ اسْتَثْنَى.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim and içdikdə istisna edərək “Allah istəsə” deyərsə, artıq istisna etmişdir (və andını yerinə yetirməsi ona vacib olmur)”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 3828 (Andlar, 68)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ فَقَالَ : إِنْ شَاءَ اللَّهُ ، فَقَدْ اسْتَثْنَى.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim and içdikdə istisna edərək “Allah istəsə” deyərsə, artıq istisna etmişdir (və andını yerinə yetirməsi ona vacib olmur)”.”

İbn Ömər
SəhihNəsəi, 3829 (Andlar, 69)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَقَالَ : إِنْ شَاءَ اللَّهُ فَهُوَ بِالْخِيَارِ ، إِنْ شَاءَ أَمْضَى ، وَإِنْ شَاءَ تَرَكَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim and içdikdə istisna edərək “Allah istəsə” deyərsə, artıq o, ixtiyar sahibidir. İstəsə, andını yerinə yetirər, istəsə, andını tərk edər”.”

İbn Ömər
SəhihNəsəi, 3830 (Andlar, 70)

Fəsil 40

And içərək bir kişiyə “Allahın izni ilə” dedikdə bu onun üçün istisna sayılırmı?

إِذَا حَلَفَ فَقَالَ لَهُ رَجُلٌ : إِنْ شَاءَ اللَّهُ ، هَلْ لَهُ اسْتِثْنَاءٌ ؟

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ بِهِ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : قَالَ سُلَيْمَانُ بْنُ دَاوُدَ : لأَطُوفَنَّ اللَّيْلَةَ عَلَى تِسْعِينَ امْرَأَةً ، كُلُّهُنَّ يَأْتِي بِفَارِسٍ يُجَاهِدُ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، فَقَالَ لَهُ صَاحِبُهُ : إِنْ شَاءَ اللَّهُ ، فَلَمْ يَقُلْ : إِنْ شَاءَ اللَّهُ ، فَطَافَ عَلَيْهِنَّ جَمِيعًا ، فَلَمْ تَحْمِلْ مِنْهُنَّ إِلاَّ امْرَأَةٌ وَاحِدَةٌ جَاءَتْ بِشِقِّ رَجُلٍ ، وَأَيْمُ الَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ ، لَوْ قَالَ : إِنْ شَاءَ اللَّهُ ، لَجَاهَدُوا فِي سَبِيلِ اللهِ فُرْسَانًا أَجْمَعِينَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Süleyman ibn Davud dedi: “Bu gecə doxsan zövcəmin yanına gedəcəyəm və onların hamısı Allah ﷿ yolunda olan mücahid dünyaya gətirəcək”. Dostu ona: “Allahın izni ilə!”, - de” dedi. Süleyman “Allahın izni ilə!” demədi. Həmin gecə o bütün zövcələrinin yanına getdi, lakin onların heç bir doğmadı, yalnız biri dünyaya uşaq gətirdi, o da şikəst doğuldu. Muhəmmədin canı Əlində Olana and olsun ki, əgər o “Allahın izni ilə” desə idi, onların hamısı Allah yolunda mücahid doğardılar”.”

Əbu Hureyra
SəhihNəsəi, 3831 (Andlar, 71)

Fəsil 41

Nəzirin kəffarəsi

كَفَّارَةُ النَّذْرِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى بْنِ الْوَزِيرِ بْنِ سُلَيْمَانَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ كَعْبِ بْنِ عَلْقَمَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ شِمَاسَةَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : كَفَّارَةُ النَّذْرِ كَفَّارَةُ الْيَمِينِ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 3832 (Andlar, 72)

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، أَنَّهُ بَلَغَهُ عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir”.”

Aişə
SəhihNəsəi, 3833 (Andlar, 73)

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ الْيَمِينِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Aişə
SəhihNəsəi, 3834 (Andlar, 74)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ يَمِينٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Aişə
SəhihNəsəi, 3835 (Andlar, 75)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : أَنْبَأَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ يَمِينٍ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Aişə
SəhihNəsəi, 3836 (Andlar, 76)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو صَفْوَانَ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ الْيَمِينِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَقَدْ قِيلَ أَنَّ الزُّهْرِيَّ لَمْ يَسْمَعْ هَذَا مِنْ أَبِي سَلَمَةَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Aişə
SəhihNəsəi, 3837 (Andlar, 77)

أَخْبَرَنَا هَارُونُ بْنُ مُوسَى الْفَرَوِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو ضَمْرَةَ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ ، عَنْ عَائِشَةَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهَا كَفَّارَةُ الْيَمِينِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Aişə
SəhihNəsəi, 3838 (Andlar, 78)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ أَبِي أُوَيْسٍ ، قَالَ : حَدَّثَنِي سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي عَتِيقٍ ، وَمُوسَى بْنِ عُقْبَةَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سُلَيْمَانَ بْنِ أَرْقَمَ ، أَنَّ يَحْيَى بْنَ أَبِي كَثِيرٍ الَّذِي ، كَانَ يَسْكُنُ الْيَمَامَةَ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَبَا سَلَمَةَ ، يُخْبِرُ عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهَا كَفَّارَةُ يَمِينٍ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : سُلَيْمَانُ بْنُ أَرْقَمَ مَتْرُوكُ الْحَدِيثِ وَاللَّهُ أَعْلَمُ. خَالَفَهُ غَيْرُ وَاحِدٍ مِنْ أَصْحَابِ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ فِي هَذَا الْحَدِيثِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

Aişə
SəhihNəsəi, 3839 (Andlar, 79)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ ابْنِ الْمُبَارَكِ وَهُوَ عَلِيٌّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ الْحَنْظَلِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ يَمِينٍ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3840 (Andlar, 80)

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ أَبِي عَمْرٍو وَهُوَ الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ الْحَنْظَلِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، رَضِيَ اللَّهُ عَنْهُمَا ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَكَفَّارَتُهَا كَفَّارَةُ يَمِينٍ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3841 (Andlar, 81)

أَخْبَرَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ بِشْرٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ مُحَمَّدٍ الْحَنْظَلِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي غَضَبٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ الْيَمِينِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مُحَمَّدُ بْنُ الزُّبَيْرِ ضَعِيفٌ لاَ يَقُومُ بِمِثْلِهِ حُجَّةٌ ، وَقَدِ اخْتُلِفَ عَلَيْهِ فِي هَذَا الْحَدِيثِ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
ZəifNəsəi, 3842 (Andlar, 82)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا شَيْبَانُ ، عَنْ يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، عَنْ عِمْرَانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي غَضَبٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ الْيَمِينِ.

“Rəvayət edilir ki, İmran ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik olan şey nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran
ZəifNəsəi, 3843 (Andlar, 83)

أَخْبَرَنَا قُتَيْبَةُ ، أَنْبَأَنَا حَمَّادٌ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عِمْرَانَ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي غَضَبٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ الْيَمِينِ وَقِيلَ إِنَّ الزُّبَيْرَ لَمْ يَسْمَعْ هَذَا الْحَدِيثَ مِنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ.

“Rəvayət edilir ki, İmran ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Qəzəbli halda nəzir edilmir. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran
ZəifNəsəi, 3844 (Andlar, 84)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي ابْنُ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، عَنْ رَجُلٍ ، مِنْ أَهْلِ الْبَصْرَةِ ، قَالَ : صَحِبْتُ عِمْرَانَ بْنَ حُصَيْنٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : النَّذْرُ نَذْرَانِ : فَمَا كَانَ مِنْ نَذْرٍ فِي طَاعَةِ اللهِ فَذَلِكَ لِلَّهِ وَفِيهِ الْوَفَاءُ ، وَمَا كَانَ مِنْ نَذْرٍ فِي مَعْصِيَةِ اللهِ فَذَلِكَ لِلشَّيْطَانِ وَلاَ وَفَاءَ فِيهِ ، وَيُكَفِّرُهُ مَا يُكَفِّرُ الْيَمِينَ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Nəzir iki cürdür; kim Allaha itaət etməyi nəzir edərsə, bu nəzir Allah üçün olduğuna görə yerinə yetirilir. Kim Allaha asilik etmək üçün nəzir edərsə, bu nəzir şeytan üçün olduğuna görə yerinə yetirilmir. Bu nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3845 (Andlar, 85)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا مُسَدَّدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ الْحَنْظَلِيِّ ، قَالَ : أَخْبَرَنِي أَبِي ، أَنَّ رَجُلاً ، حَدَّثَهُ أَنَّهُ سَأَلَ عِمْرَانَ بْنَ حُصَيْنٍ ، عَنْ رَجُلٍ نَذَرَ نَذْرًا لاَ يَشْهَدُ الصَّلاَةَ فِي مَسْجِدِ قَوْمِهِ ، فَقَالَ عِمْرَانُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : لاَ نَذْرَ فِي غَضَبٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ يَمِينٍ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, bir kişi qövmünün məscidində namaz qılmamağı nəzir etmişdi. İmran dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qəzəbli halda nəzir etmək yoxdur. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
ZəifNəsəi, 3846 (Andlar, 86)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ ، عَنِ الْحَسَنِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ وَلاَ غَضَبٍ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ يَمِينٍ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asiliyə və qəzəbli halda nəzir etmək yoxdur. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
ZəifNəsəi, 3847 (Andlar, 87)

أَخْبَرَنَا هِلاَلُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو سُلَيْمٍ وَهُوَ عُبَيْدُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرٍ النَّهْشَلِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ ، عَنِ الْحَسَنِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي الْمَعْصِيَةِ ، وَكَفَّارَتُهُ كَفَّارَةُ الْيَمِينِ. خَالَفَهُ مَنْصُورُ بْنُ زَاذَانَ فِي لَفْظِهِ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik etmək üçün nəzir etmək yoxdur. Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3848 (Andlar, 88)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنِ الْحَسَنِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ - يَعْنِي - النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ لاِبْنِ آدَمَ فِيمَا لاَ يَمْلِكُ ، وَلاَ فِي مَعْصِيَةِ اللهِ عَزَّ وَجَلَّ. خَالَفَهُ عَلِيُّ بْنُ زَيْدٍ ، فَرَوَاهُ عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Adəm övladına sahibi olmadığı malı və Allaha ﷿ asilik etmək üçün nəzir etməsi icazəli deyil”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3849 (Andlar, 89)

أَخْبَرَنِي عَلِيُّ بْنُ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا خَلَفُ بْنُ تَمِيمٍ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ زَيْدِ بْنِ جَدْعَانَ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَلاَ فِيمَا لاَ يَمْلِكُ ابْنُ آدَمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَلِيُّ بْنُ زَيْدٍ ضَعِيفٌ ، وَهَذَا الْحَدِيثُ خَطَأٌ ، وَالصَّوَابُ عِمْرَانُ بْنُ حُصَيْنٍ ، وَقَدْ رُوِيَ هَذَا الْحَدِيثُ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ مِنْ وَجْهٍ آخَرَ.

“Abdur-Rahmən ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Asilik etmək üçün nəzir etmək və Adəm övladına sahibi olmadığı malı nəzir etməsi icazəli deyil”.”

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 3850 (Andlar, 90)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ ، قَالَ : حَدَّثَنَا أَبُو قِلاَبَةَ ، عَنْ عَمِّهِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ نَذْرَ فِي مَعْصِيَةٍ ، وَلاَ فِيمَا لاَ يَمْلِكُ ابْنُ آدَمَ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Asilik etmək üçün nəzir etmək və Adəm övladına sahibi olmadığı malı nəzir etməsi icazəli deyil”.”

İmran ibn Husayn
SəhihNəsəi, 3851 (Andlar, 91)

Fəsil 42

Nəziri yerinə yetirə bilməyənə nə vacibdir?

بَابُ : مَا الْوَاجِبُ عَلَى مَنْ أَوْجَبَ عَلَى نَفْسِهِ نَذْرًا فَعَجَزَ عَنْهُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ مَسْعَدَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : رَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ رَجُلاً يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، فَقَالَ : مَا هَذَا ؟ قَالُوا : نَذَرَ أَنْ يَمْشِيَ إِلَى بَيْتِ اللهِ ، قَالَ : إِنَّ اللَّهَ غَنِيٌّ عَنْ تَعْذِيبِ هَذَا نَفْسَهُ ، مُرْهُ فَلْيَرْكَبْ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ iki nəfərin arasında güclə yeriyən adamı gördü və dedi: “Bu nədir belə?” Ona dedilər: “O, Allahın Evini piyada ziyarət etməyə nəzir edib”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allahın bu adamın canına əzab verməsinə ehtiyacı yoxdur. Ona de ki, miniyə minsin”.”

Ənəs
SəhihNəsəi, 3852 (Andlar, 92)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِشَيْخٍ يُهَادَى بَيْنَ اثْنَيْنِ ، فَقَالَ : مَا بَالُ هَذَا ؟ قَالُوا : نَذَرَ أَنْ يَمْشِيَ ، قَالَ : إِنَّ اللَّهَ غَنِيٌّ عَنْ تَعْذِيبِ هَذَا نَفْسَهُ ، مُرْهُ فَلْيَرْكَبْ فَأَمَرَهُ أَنْ يَرْكَبَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ iki nəfərin arasında güclə yeriyən adamı gördü və dedi: “Bu nədir belə?” Ona dedilər: “Piyada ziyarət etməyə nəzir edib”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allahın bu adamın canına əzab verməsinə ehtiyacı yoxdur”. Ona miniyinə minməsini əmr etdi”.”

Ənəs
SəhihNəsəi, 3853 (Andlar, 93)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : أَتَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى رَجُلٍ يُهَادَى بَيْنَ ابْنَيْهِ ، فَقَالَ : مَا شَأْنُ هَذَا ؟ فَقِيلَ : نَذَرَ أَنْ يَمْشِيَ إِلَى الْكَعْبَةِ ، فَقَالَ : إِنَّ اللَّهَ لاَ يَصْنَعُ بِتَعْذِيبِ هَذَا نَفْسَهُ شَيْئًا ، فَأَمَرَهُ أَنْ يَرْكَبَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ yanına iki nəfərin arasında güclə yeriyən adam gəldikdə ona dedi: “Bu nədir belə?” Ona dedilər: “Kəbəni piyada ziyarət etməyə nəzir edib”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allahın bu adamın canına əzab verməsinə ehtiyacı yoxdur”. Sonra ona miniyinə minməsini əmr etdi”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 3854 (Andlar, 94)

Fəsil 43

Nəzir etdikdə istisna etmək

الاِسْتِثْنَاءُ

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَقَالَ : إِنْ شَاءَ اللَّهُ ، فَقَدْ اسْتَثْنَى.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim and içərək “Allahın izni ilə” deyərsə, artıq istisna etmişdir (və andını yerinə yetirməsinə ehtiyac yoxdur)”.”

Əbu Hureyra
SəhihNəsəi, 3855 (Andlar, 95)

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، رَفَعَهُ : قَالَ سُلَيْمَانُ : لأَطُوفَنَّ اللَّيْلَةَ عَلَى تِسْعِينَ امْرَأَةً تَلِدُ كُلُّ امْرَأَةٍ مِنْهُنَّ غُلاَمًا يُقَاتِلُ فِي سَبِيلِ اللهِ ، فَقِيلَ لَهُ : قُلْ : إِنْ شَاءَ اللَّهُ ، فَلَمْ يَقُلْ ، فَطَافَ بِهِنَّ ، فَلَمْ تَلِدْ مِنْهُنَّ إِلاَّ امْرَأَةٌ وَاحِدَةٌ نِصْفَ إِنْسَانٍ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ قَالَ : إِنْ شَاءَ اللَّهُ لَمْ يَحْنَثْ وَكَانَ دَرَكًا لِحَاجَتِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinə ﷺ nisbət edərək belə buyurdu: “Süleyman dedi: “Bu gecə doxsan zövcəmin yanına gedəcəyəm və onların hamısı Allah ﷿ yolunda döyüşən oğlan uşağı dünyaya gətirəcək”. Ona deyildi: “Allahın izni ilə” de”. Süleyman “Allahın izni ilə” demədi və bir gecədə bütün zövcələrinin yanına getdi. Lakin onların heç bir doğmadı, yalnız biri dünyaya uşaq gətirdi, o da şikəst doğuldu”. Sonra Allah Elçisi buyurdu: “Əgər o, “Allahın izni ilə” desə idi, andı yerini tutar və istədiyinə nail olardı”.”

Əbu Hureyra
SəhihNəsəi, 3856 (Andlar, 96)