Qadın örtünmədən və ayaqyalın yeriməyə nəzir etdikdə nə olur?
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ زَحْرٍ ، وَقَالَ عَمْرٌو : إِنَّ عُبَيْدَ اللهِ بْنَ زَحْرٍ ، أَخْبَرَهُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَالِكٍ ، أَنَّ عُقْبَةَ بْنَ عَامِرٍ ، أَخْبَرَهُ أَنَّهُ سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أُخْتٍ لَهُ نَذَرَتْ أَنْ تَمْشِيَ حَافِيَةً غَيْرَ مُخْتَمِرَةٍ ؟ فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مُرْهَا فَلْتَخْتَمِرْ ، وَلْتَرْكَبْ ، وَلْتَصُمْ ثَلاَثَةَ أَيَّامٍ.
“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ Peyğəmbərdən ﷺ bacısının örtüksüz və piyada gedərək ayaqyalın ziyarət etməyi nəzir etməsi haqda soruşdu. Peyğəmbər ﷺ ona dedi: “Ona de ki, başını örtsün, miniyinə minsin və üç gün oruc tutsun”.”
İstinad
Nəsəi, 3815 (Andlar, 55)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı