Andlar və nəzirlər kitabı

Malını nəzir kimi hədiyyə etdikdə nə olur?

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، قَالَ : قَالَ ابْنُ شِهَابٍ : فَأَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ كَعْبِ بْنِ مَالِكٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبٍ ، قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ ، يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، قَالَ : فَلَمَّا جَلَسْتُ بَيْنَ يَدَيْهِ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ فَقُلْتُ : فَإِنِّي أُمْسِكُ سَهْمِي الَّذِي بِخَيْبَرَ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ﵀ demişdir: “Kəb ibn Malik danışır ki, Təbuk döyüşündə iştirak etmədiyimə görə etdiyim tövbə qəbul edildikdə Allah Elçisinin ﷺ qarşısında oturub ona dedim: “Ey Allahın Elçisi, tövbəm qəbul olunduğuna görə bütün malımı Allah və Onun Elçisinə bağışlayıram”. Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”. Mən də dedim: “Onda Xeybərdəki payımı özümə saxlayıram”.”

Abdullah ibn Kəb
Səhih

İstinad

Nəsəi, 3824 (Andlar, 64)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı