Andlar və nəzirlər kitabı

Malını nəzir kimi hədiyyə etdikdə nə olur?

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا لَيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي عُقَيْلٌ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ كَعْبِ بْنِ مَالِكٍ ، قَالَ : سَمِعْتُ كَعْبَ بْنَ مَالِكٍ ، يُحَدِّثُ حَدِيثَهُ حِينَ تَخَلَّفَ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمْسِكْ عَلَيْكَ مَالَكَ فَهُوَ خَيْرٌ لَكَ قُلْتُ : فَإِنِّي أُمْسِكُ عَلَيَّ سَهْمِي الَّذِي بِخَيْبَرَ.

“Rəvayət edilir ki, Abdullah ibn Kəb ibn Malik ﵀ demişdir: “Kəb ibn Malik danışır ki, Təbuk döyüşündə iştirak etmədiyimə görə etdiyim tövbə qəbul edildikdə mən dedim: “Ey Allahın Elçisi, tövbəm qəbul olunduğuna görə bütün malımı Allah və Onun Elçisinə sədəqə edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”. Mən dedim: “Onda Xeybərdəki payımı özümə saxlayıram”.”

Abdullah ibn Kəb ibn Malik
Səhih

İstinad

Nəsəi, 3825 (Andlar, 65)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı