Andlar və nəzirlər kitabı

Malını nəzir kimi hədiyyə etdikdə nə olur?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا مَعْقِلٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، عَنْ عَمِّهِ عُبَيْدِ اللهِ بْنِ كَعْبٍ ، قَالَ : سَمِعْتُ أَبِي كَعْبَ بْنَ مَالِكٍ يُحَدِّثُ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِنَّمَا نَجَّانِي بِالصِّدْقِ ، وَإِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، فَقَالَ : أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ ، قُلْتُ : فَإِنِّي أُمْسِكُ سَهْمِي الَّذِي بِخَيْبَرَ.

“Rəvayət edilir ki, Kəb ibn Malik ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Allah ﷿ məni sadiqliyimə görə xilas etdi və tövbəm qəbul edildi. Ona görə bütün malımı Allah və Onun Elçisinin yolunda sədəqə edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Malının bir qismini özünə saxla, bu sənin üçün daha xeyirlidir”. Mən dedim: “Onda Xeybərdəki payımı özümə saxlayıram”.”

Kəb ibn Malik
Səhih

İstinad

Nəsəi, 3826 (Andlar, 66)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı