Bir şəxs nəzir etdikdə onun öhdəliyində olan torpaq mülkiyyəti də həmin nəzir etdiyi maldan sayılırmı?
قَالَ : الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ ، عَنْ أَبِي الْغَيْثِ ، مَوْلَى ابْنِ مُطِيعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَامَ خَيْبَرَ فَلَمْ نَغْنَمْ إِلاَّ الأَمْوَالَ وَالْمَتَاعَ وَالثِّيَابَ ، فَأَهْدَى رَجُلٌ مِنْ بَنِي الضُّبَيْبِ ، يُقَالُ لَهُ : رِفَاعَةُ بْنُ زَيْدٍ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ غُلاَمًا أَسْوَدَ يُقَالُ لَهُ : مِدْعَمٌ ، فَوُجِّهَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى وَادِي الْقُرَى حَتَّى إِذَا كُنَّا بِوَادِي الْقُرَى ، بَيْنَا مِدْعَمٌ يَحُطُّ رَحْلَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَجَاءَهُ سَهْمٌ فَأَصَابَهُ فَقَتَلَهُ ، فَقَالَ النَّاسُ : هَنِيئًا لَكَ الْجَنَّةُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : كَلاَّ وَالَّذِي نَفْسِي بِيَدِهِ ، إِنَّ الشَّمْلَةَ الَّتِي أَخَذَهَا يَوْمَ خَيْبَرَ مِنَ الْمَغَانِمِ لَتَشْتَعِلُ عَلَيْهِ نَارًا فَلَمَّا سَمِعَ النَّاسُ بِذَلِكَ جَاءَ رَجُلٌ بِشِرَاكٍ ، أَوْ بِشِرَاكَيْنِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : شِرَاكٌ ، أَوْ شِرَاكَانِ مِنْ نَارٍ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Xeybərin fəth olunduğu il biz Allah Elçisinin ﷺ yanında idik. Oradan qənimət olaraq ərazi, əşyalar və paltarlar götürmüşdük. Bəni Dubeyb tayfasından olan Rifəa ibn Zeyd adlı bir kişi Allah Elçisinə ﷺ Mid'am adında qaradərili bir kölə hədiyyə etmişdi. Allah Elçisi ﷺ Vadil-Quraya tərəf yola çıxdı. O, Vadil-Quraya çatdıqda Mid'am Allah Elçisinin ﷺ yükünü minikdən aşağı salanda bir ox gəlib ona dəydi və o öldü. İnsanlar: “Sənə müjdə olsun, Cənnətə girəcəksən!”, - dedilər. Amma Allah Elçisi ﷺ buyurdu: “Xeyr! Canım Əlində Olana and olsun ki, Xeybərdən əldə edilən qənimətlərdən (icazəsiz) götürdüyü bir paltar od olaraq onu yandırır”. İnsanlar bunu eşitdikdə aralarında bir və ya iki ayaqqabı bağını gətirib Allah Elçisinə ﷺ verdilər. Allah Elçisi ﷺ buyurdu: “Bir və ya iki ayaqqabı bağı od olub səni yandırardı”.”
İstinad
Nəsəi, 3827 (Andlar, 67)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı