Andlar və nəzirlər kitabı

Allah xatirinə görə olmayan nəziri etmək

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي سُلَيْمَانُ الأَحْوَلُ ، أَنَّ طَاوُوسًا ، أَخْبَرَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَرَّ بِرَجُلٍ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ يَقُودُهُ إِنْسَانٌ بِخِزَامَةٍ فِي أَنْفِهِ ، فَقَطَعَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ أَمَرَهُ أَنْ يَقُودَهُ بِيَدِهِ قَالَ ابْنُ جُرَيْجٍ : وَأَخْبَرَنِي سُلَيْمَانُ ، أَنَّ طَاوُوسًا ، أَخْبَرَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ وَإِنْسَانٌ قَدْ رَبَطَ يَدَهُ بِإِنْسَانٍ آخَرَ بِسَيْرٍ ، أَوْ خَيْطٍ ، أَوْ بِشَيْءٍ غَيْرِ ذَلِكَ ، فَقَطَعَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ قَالَ : قُدْهُ بِيَدِكَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bir kişinin başqa bir kişinin boynuna ip taxıb Kəbəni təvaf etdirdiyini gördü. Peyğəmbər ﷺ o ipi qopartdı və onun əlindən tutaraq Kəbəni təvaf etməsini əmr etdi”. ...Ravi Tavus demişdir: “İbn Abbas rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Kəbəni təvaf edən iki insanın yanından keçirdi. Onlardan biri digərinin əlinə ip, yaxud başqa bir şey bağlayıb onu təvaf etdirirdi. Peyğəmbər ﷺ o ipi qopartdı və buyurdu: “Onun əlindən tutaraq təvaf etdir!””

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 3811 (Andlar, 51)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı