Andlar və nəzirlər kitabı

Sahibi olmadığı şeyə nəzir etmək

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ ثَابِتِ بْنِ الضَّحَّاكِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ بِمِلَّةٍ سِوَى مِلَّةِ الإِسْلاَمِ كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَمَنْ قَتَلَ نَفْسَهُ بِشَيْءٍ فِي الدُّنْيَا عُذِّبَ بِهِ يَوْمَ الْقِيَامَةِ ، وَلَيْسَ عَلَى رَجُلٍ نَذْرٌ فِيمَا لاَ يَمْلِكُ.

“Rəvayət edilir ki, Sabit ibn əd-Dahhak ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yalandan İslamdan başqa bir dində olmasına and içərsə, onun dediyi kimi olar. Kim dünyada özünü bir alətlə öldürərsə, Qiyamət günü ona o alətlə əzab verilər. Adamın sahibi olmadığı bir şeyi nəzir etməsi icazəli deyil”.”

Sabit ibn əd-Dahhak
Səhih

İstinad

Nəsəi, 3813 (Andlar, 53)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı