Kəbəyə and içmək
أَخْبَرَنَا يُوسُفُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ مَعْبَدِ بْنِ خَالِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَسَارٍ ، عَنْ قُتَيْلَةَ ، امْرَأَةٍ مِنْ جُهَيْنَةَ : أَنَّ يَهُودِيًّا أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّكُمْ تُنَدِّدُونَ ، وَإِنَّكُمْ تُشْرِكُونَ تَقُولُونَ : مَا شَاءَ اللَّهُ وَشِئْتَ ، وَتَقُولُونَ : وَالْكَعْبَةِ ، فَأَمَرَهُمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِذَا أَرَادُوا أَنْ يَحْلِفُوا أَنْ يَقُولُوا : وَرَبِّ الْكَعْبَةِ ، وَيَقُولُونَ : مَا شَاءَ اللَّهُ ، ثُمَّ شِئْتَ.
“Cuheynə tayfasından olan Quteybə ﵂ adlı bir qadın rəvayət edir ki, bir dəfə bir yəhudi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Siz Allaha şəriklər qoşaraq: “Allah və sən istəsən” və “Kəbəyə and olsun!”, - deyirsiniz”. Bundan sonra Peyğəmbər ﷺ kim and içmək istəsə, “Kəbənin Rəbbinə and olsun!” və “Allah, sonra sən istəsən”, - deməyi əmr etdi.”
İstinad
Nəsəi, 3773 (Andlar, 13)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı