Andlar və nəzirlər kitabı

İslamdan uzaq olmağa and içmək

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ حُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ قَالَ : إِنِّي بَرِيءٌ مِنَ الإِسْلاَمِ ، فَإِنْ كَانَ كَاذِبًا فَهُوَ كَمَا قَالَ ، وَإِنْ كَانَ صَادِقًا لَمْ يَعُدْ إِلَى الإِسْلاَمِ سَالِمًا.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim: “Mən İslamdan uzağam”, - deyər və bu sözündə yalançı olarsa, onun dediyi kimi olar. Əgər bu sözündə dürüst olarsa, bir daha salamatlıqla İslam dininə qayıda bilməz”.”

Abdullah ibn Bureydə atasından
Səhih

İstinad

Nəsəi, 3772 (Andlar, 12)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı