Andlar və nəzirlər kitabı

Nəzir edib vəfat edən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، وَهَارُونُ بْنُ إِسْحَاقَ الْهَمْدَانِيُّ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ وَهُوَ ابْنُ عُرْوَةَ ، عَنْ بَكْرِ بْنِ وَائِلٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ سَعْدُ بْنُ عُبَادَةَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا نَذْرٌ فَلَمْ تَقْضِهِ ، قَالَ : اقْضِهِ عَنْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Səd ibn Ubadə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənim anam nəzir etmişdi, lakin nəzirini yerinə yetirmədən vəfat etdi”. Peyğəmbər ﷺ buyurdu: “Onun nəzirini sən yerinə yetir!””

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 3819 (Andlar, 59)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı