Nəzirə vəfa etmək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي جَمْرَةَ ، عَنْ زَهْدَمٍ ، قَالَ : سَمِعْتُ عِمْرَانَ بْنَ حُصَيْنٍ ، يَذْكُرُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : خَيْرُكُمْ قَرْنِي ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ - فَلاَ أَدْرِي أَذَكَرَ مَرَّتَيْنِ بَعْدَهُ أَوْ ثَلاَثًا ، ثُمَّ ذَكَرَ قَوْمًا يَخُونُونَ وَلاَ يُؤْتَمَنُونَ ، وَيَشْهَدُونَ وَلاَ يُسْتَشْهَدُونَ ، وَيُنْذِرُونَ وَلاَ يُوفُونَ ، وَيَظْهَرُ فِيهِمُ السِّمَنُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا نَصْرُ بْنُ عِمْرَانَ أَبُو جَمْرَةَ.
“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ən xeyirliləriniz mənim dövrümdə yaşayanlar, sonra onlardan sonra olanlar, sonra onlardan sonra olanlar, sonra da onlardan sonra olanlardır”. Ravi deyir: “Bilmədim, o bunu iki, yoxsa üç dəfə dedi. Sonra gələcəkdə olacaq bir toplum haqda bəhs edərək buyurdu: “Onlar xainlik edəcəklər və onlara etibar edilməyəcəkdir. Onlardan şahidlik istənilmədən şahidlik edəcəklər. Nəzir edəcəklər, lakin ona vəfa etməyəcəklər (onu yerinə yetirməyəcəklər). Onların arasında köklük geniş yayılacaqdır”.”
İstinad
Nəsəi, 3809 (Andlar, 49)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı