Andlar və nəzirlər kitabı

Qəlbində həqiqi and niyyəti olmadan and içən şəxsin andı və yalan danışması haqda

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ ، وَعَاصِمٌ ، وَجَامِعٌ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نَبِيعُ بِالْبَقِيعِ فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَكُنَّا نُسَمَّى السَّمَاسِرَةَ ، فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ اسْمِنَا ، ثُمَّ قَالَ : إِنَّ هَذَا الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوهُ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Biz “əl-Baqi” deyilən yerdə alış-veriş edərdik və bizə simsarlar deyilərdi. Allah Elçisi ﷺ bizim yanımıza gəlidi və: “Ey tacirlər!” deyərək bizə daha xeyirli adla xitab etdi və buyurdu: “Bu ticarətinizə and və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
Səhih

İstinad

Nəsəi, 3798 (Andlar, 38)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı