Qəlbində həqiqi and niyyəti olmadan and içən şəxsin andı və yalan danışması haqda
أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نُسَمَّى السَّمَاسِرَةَ ، فَأَتَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ نَبِيعُ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ خَيْرٌ مِنَ اسْمِنَا فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ ، إِنَّ هَذَا الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَالْكَذِبُ ، فَشُوبُوا بَيْعَكُمْ بِالصَّدَقَةِ.
“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Bizə simsar deyilirdi. Allah Elçisi ﷺ bizim yanımıza gəldi və biz alış-veriş edərkən bizə daha xeyirli adla xitab edərək buyurdu: “Ey tacirlər! Etdiyiniz bu alış-verişə and və yalan danışmaq qarışa bilər. Ona görə ticarətinizi sədəqə verməklə təmizləyin”.”
İstinad
Nəsəi, 3797 (Andlar, 37)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı