Lat və Uzza bütlərinə and içmək
أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنِي مُصْعَبُ بْنُ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : حَلَفْتُ بِاللاَّتِ وَالْعُزَّى ، فَقَالَ لِي أَصْحَابِي : بِئْسَ مَا قُلْتَ : قُلْتَ هُجْرًا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : قُلْ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، وَانْفُثْ عَنْ يَسَارِكَ ، ثَلاَثًا ، وَتَعَوَّذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ ، ثُمَّ لاَ تَعُدْ.
“Musab ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Lat və Uzzaya and içdim və yoldaşlarım mənə dedilər: “Sən pis söz dedin! İşləri korladın”. Mən gedib məsələni Allah Elçisinə ﷺ danışdım. O buyurdu: “De: “Lə iləhə illəllah, vahdəhu lə şərikə ləh, ləhul-mulk və ləhul-həmd və huvə alə kulli şey in qadir!” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! O Təkdir və Onun şəriki yoxdur! Mülk və həmd Ona məxsusdur! O, hər şeyə qadirdir!) de! Sonra üç dəfə sol tərəfinə tüpür, şeytandan Allaha sığın və bir daha belə şey demə!””
İstinad
Nəsəi, 3777 (Andlar, 17)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı