Andlar və nəzirlər kitabı

Nəziri yerinə yetirə bilməyənə nə vacibdir?

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ مَسْعَدَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : رَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ رَجُلاً يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، فَقَالَ : مَا هَذَا ؟ قَالُوا : نَذَرَ أَنْ يَمْشِيَ إِلَى بَيْتِ اللهِ ، قَالَ : إِنَّ اللَّهَ غَنِيٌّ عَنْ تَعْذِيبِ هَذَا نَفْسَهُ ، مُرْهُ فَلْيَرْكَبْ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ iki nəfərin arasında güclə yeriyən adamı gördü və dedi: “Bu nədir belə?” Ona dedilər: “O, Allahın Evini piyada ziyarət etməyə nəzir edib”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allahın bu adamın canına əzab verməsinə ehtiyacı yoxdur. Ona de ki, miniyə minsin”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3852 (Andlar, 92)

Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı