Nəzirin kəffarəsi
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي ابْنُ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، عَنْ رَجُلٍ ، مِنْ أَهْلِ الْبَصْرَةِ ، قَالَ : صَحِبْتُ عِمْرَانَ بْنَ حُصَيْنٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : النَّذْرُ نَذْرَانِ : فَمَا كَانَ مِنْ نَذْرٍ فِي طَاعَةِ اللهِ فَذَلِكَ لِلَّهِ وَفِيهِ الْوَفَاءُ ، وَمَا كَانَ مِنْ نَذْرٍ فِي مَعْصِيَةِ اللهِ فَذَلِكَ لِلشَّيْطَانِ وَلاَ وَفَاءَ فِيهِ ، وَيُكَفِّرُهُ مَا يُكَفِّرُ الْيَمِينَ.
“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Nəzir iki cürdür; kim Allaha itaət etməyi nəzir edərsə, bu nəzir Allah üçün olduğuna görə yerinə yetirilir. Kim Allaha asilik etmək üçün nəzir edərsə, bu nəzir şeytan üçün olduğuna görə yerinə yetirilmir. Bu nəzirin kəffarəsi andın kəffarəsi kimidir”.”
İstinad
Nəsəi, 3845 (Andlar, 85)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı