Andı pozduqdan sonra bu andın kəffarəsini vermək
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عَمْرٍو ، مَوْلَى الْحَسَنِ بْنِ عَلِيٍّ يُحَدِّثُ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَرَأَى غَيْرَهَا خَيْرًا مِنْهَا فَلْيَأْتِ الَّذِي هُوَ خَيْرٌ ، وَلْيُكَفِّرْ عَنْ يَمِينِهِ.
“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim hər hansı bir işi etməyə and içər, lakin başqa işin ondan daha xeyirli olduğunu görərsə, xeyirli olan işi yerinə yetirsin və pozduğu andın kəffarəsini versin”.”
İstinad
Nəsəi, 3785 (Andlar, 25)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı